Icma.az
close
up
RU
Məktəbdəki qətliam İsveçi qarışdırdı: polis hadisəni ört basdır edir? AÇIQLAMA+VİDEO

Məktəbdəki qətliam İsveçi qarışdırdı: polis hadisəni ört basdır edir? AÇIQLAMA+VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Fevralın 4-də İsveçin paytaxtından 200 km aralıda yerləşən Orebro şəhərində, Risberqska məktəbində baş verən faciə ölkədə böyük səs-küy doğurub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 13:00-də 35 yaşlı silahlı İsveç vətəndaşı böyüklər üçün təhsil mərkəzinə daxil olaraq atəş açmağa başlayıb. Hadisə nəticəsində 11 nəfər həlak olub, xeyli adam yaralanıb.

Bu, İsveç tarixində son illərin ən dəhşətli hadisəsi hesab olunur. Polis atəş açanın ölənlər arasında olduğunu güman edir. Lakin hadisənin motivi hələ də məlum deyil. Terror versiyası isə nəzərdən keçirilmir.

View this post on Instagram

A post shared by Aftonbladet (@aftonbladet)


Qeyd olunur ki, formal təhsili başa vurmayan və ya universitetə ​​qəbul üçün lazımi qiymətləri ala bilməyənlərə təhsil verən Risberqska məktəbi uşaqlar üçün məktəblərin də olduğu kampusda yerləşir.

Polisin məlumatına görə, atışma bir nəfər tərəfindən törədilib, lakin hadisənini səbəbi məlum deyil. Yerli polis rəisi Roberto Aid Forest keçirdiyi mətbuat konfransında atəş açanın ölənlər arasında olduğunu deyib.

Məktəbin 54 yaşlı müəllim Maria Peqado "Reuters" agentliyinə deyib ki, kimsə qapını açıb binanı tərk etmək üçün qışqırdıqdan sonra o və tələbələri təşviş içində qaçıblar.

“Tələbələrimi dəhlizə çıxardım və qaçdıq. Tezliklə mən iki atəş eşitdim, lakin biz oradan çıxa bildik”, – Peqado bildirib.

O deyib ki, küçədə yaralılara kömək etməyə çalışan insanları görüb:

“Mən insanların yaralıları çıxardığını gördüm, əvvəl birini, sonra digərini. Başa düşdüm ki, vəziyyət çox ciddidir”.

Başqa bir müəllim Lena Varenmark İsveç ictimai radiosu SVT-yə deyib ki, o, məktəbin yaxınlığında 10-a yaxın atəş səsi eşidib.

“Yanımdakı oğlan çiynindən güllə yarası aldı. O, çox qan itirdi. Arxaya baxdığımda yerdə qanlar içində üç nəfərin olduğunu gördüm”, – adının Marva olduğunu deyən məktəb şagirdlərindən biri İsveçin TV4 telekanalına bildirib.

İsveçin baş naziri Ulf Kristersson hadisəni "ölkə tarixindəki ən dəhşətli kütləvi güllələmə" adlandırıb.

“Baş verənlərin tam miqyasını anlamaq çətindir. Bu gün İsveç qaranlıq saatlara qərq olub”, - deyə baş nazir həlak olanların ailələrinə başsağlığı verib.

Kristersson həmin günü "İsveçdə hər kəs üçün çox ağrılı gün" adlandırıb.

Ədliyyə naziri Qunnar Strömmer həlak olanlara başsağlığı verib və vətəndaşları əmin edib ki, ölkədəki məktəblər çərşənbə günü təhlükəsiz şəkildə işə başlaya biləcəklər.

“Mən heç vaxt məktəbdə belə miqyasda atışma görməmişəm”, - deyə ədliyyə naziri etiraf edib.

Kral XVI Karl Qustaf da həyat yoldaşı ilə birgə hadisə yerinə gedərək həlak olanların xatirəsini anıb və yaxınlarına başsağlığı verib.

@riksstudios

Kung Carl Gustaf och drottning Silvia lämnade blommor utanför skolan i Örebro #örebro #nyheter #riks

♬ originalljud - Riks.se - Riks.se

Qeyd edək ki, sözügedən məktəbdə bir çox tələbələr əsas təhsillərini təkmilləşdirmək, İsveç dilini öyrənmək və Skandinaviya ölkəsində iş tapmaq istəyən immiqrantlardır.

Reuters bildirib ki, İsveç geniş yayılmış atışma və partlayışlar dalğası ilə mübarizə aparır. 10 milyon əhalisi olan ölkə son illərdə Aİ-də adambaşına düşən silah zorakılığının ən yüksək səviyyəsinə malikdir.

Avropa standartlarına görə, İsveçdə silaha sahiblik nisbəti yüksəkdir. Silahlar, əsasən ovçuluq məqsədilə alınır.

İsveç Cinayətkarlığın Qarşısının Alınması üzrə Milli Şurasının məlumatına görə, 2010-2022-ci illər arasında məktəbdə baş verən 7 dəhşətli zorakılıq hadisəsi nəticəsində on nəfər ölüb.

@isvecgundemi

İsveç

♬ orijinal ses - Atila Altuntaa

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev hadisə ilə bağlı Bakupost.az -a bildirib ki, hadisəni törədən şəxs isveçlidir:

"Bu insan irqçidir. Məktəbə daxil olub və insanlara atəş açıb. Orada 10 nəfər ölüb. Bir nəfər isə xəstəxanada keçinib. Hazırda yaralılardan bir neçə nəfər xəstəxanadadır. Onların vəziyyəti yaxşı deyil. Hadisəni törədən şəxs haqında polisdən deyirlər ki, 1 ildir depressiyada olub. Amma əksəriyyət buunla razılaşmır. Hamı deyir ki, normal insan olub, sadəcə irqçidir.

İsveçin ən nüfuzlu AFJ telekanalının aparıcısı polisi sərt tənqid edib. O bildirib ki, müsəlmanlar İsveçdə kimisə öldürəndə, bu, terror olur, amma əksi baş verəndə polis ikiüzlülük edir, hadisəni psixi problemlərlə əlaqələndirirlər.Ölənlərin hamısı müsəlmanlardır. Bu açıq-aşkar terror hadisəsidir".

Zaur, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri