Icma.az
close
up
RU
Məktəbdənkənar təhsillə bağlı yeni proqram hazırlanmalıdır

Məktəbdənkənar təhsillə bağlı yeni proqram hazırlanmalıdır

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəbdənkənar təhsil müəssisələri təhsilin ayrılmaz hissəsidir. Bu sahənin inkişafı bütövlükdə təhsilin də inkişafına zəmin yaradır. Məktəbdənkənar təhsil nə qədər əhatəli olarsa, şagirdlərin fiziki və zehni göstəriciləri və peşə bacarıqları da bir o qədər inkişaf edər. Bu günlərdə ölkəmizdə şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbuluna start verilib. Elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir. İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılacaq.

Ümumiyyətlə, hazırda məktəblilərin məktəbdənkənar təhsil müəssisələrinə getməyə marağı varmı? Bədii-yaradıcılıq mərkəzləri, idman və şahmat mərkəzlərində məktəblilər üçün yaradılan şərait necədir? 
Təhsil məsələləri üzrə tədqiqatçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri Demokrat.az-a açıqlamasında məktəbdənkənar təhsil müəssisələrinin vacibliyi ilə yanaşı, onlara olan münasibəti də təhlil edib:

“Məktəbəqədər təhsilin şagirdlərin şəxsiyyətyönümlü meyarlar əsasında formalaşmasında rolu çox böyükdür. Hazırda dünyanın bir çox ölkələrində tədris prosesi ilə paralel məktəbdənkənar proqrama da çox ciddi diqqət göstərilir. Hətta Sovet dövrü təhsilində də bu mexanizmə çox əhəmiyyət verilirdi. Hazırda Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyindəki məktəbdənkənar tədris müəssisələri iki qrupa bölünür: Uşaq-Gənclər Yaradıcılıq Mərkəzləri və İdman – Şahmat Məktəbləri. Kəmiyyət etibarilə məktəbdənkənar tədris müəssisələrinin sayı bir o qədər də az deyil. Doğrudur, onların böyük əksəriyyəti paytaxt Bakıda olsa da, rayonlarda da bu mərkəzlərə rast gəlmək mümkündür. Amma əsas məsələ onların kəmiyyəti yox, oradakı uyğun profillər üzrə tədrisin, təşkil olunan dərnək və məşqlərin keyfiyyəti, səmərəliliyidir”. 
E. Nuri məktəbdənkənar təhsil müəssisələrinin əhəmiyyətliliyi barəsində danışarkən onların şagird üçün faydalılıq meyarlarını da xüsusi qeyd edib.
Onun fikrincə, təhsil sistemimizdə məktəbdənkənar tədrisə olan diqqət xeyli artırılmalı, onların faydalılığını artıracaq yeni proqram işlənib hazırlanmalıdır:
“Məktəbdənkənar təhsilin uşaq, yeniyetmə və gənclərin meyil, maraq və bacarıqlarının müəyyənləşdirilməsi  və оnların yaradıcılığının, asudə vaxtının təşkilinin, fiziki inkişafının təmin edilməsindəki rolu danılmazdır. 
Bu müəssisələrə indikindən daha çox diqqətin göstərilməsi bir neçə istiqamətdə müsbət yeniliklərin yaranmasına səbəblənə bilər. Respublikada yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, sərgi, baxış-müsabiqə, festival, bayram, yarış, spartakiada və s. tədbirlərin təşkili bu müəssisələrdə əsas missiya olduğu üçün cəmiyyətə sağlam və yaradıcı insanların hədiyyə edilməsini də həyata keçirə bilər. 
Belə müəssisələr həmçinin şagird və tələbələrin  zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə maarifləndirmə tədbirlərinin hazırlanması və həyata keçirilməsində də danılmaz rola malik ola bilər. Sırf bu detala görə biz hazırda bu cür təhsil müəssisələrinə diqqətin artırılmasına və onlarla bağlı ayrıca proqramın işlənib hazırlanmasına sadəcə məcburuq”.
Tədqiqatçının fikrincə, bu tədris müəssisələrinin faydalılığı kifayət qədər yüksək olsa da, onlara şagirdlər tərəfindən olan maraq və yanaşma çox da ürəkaçan deyil:
“Bunun səbəbi adıçəkilən tədris müəssisələrinin təhsil sistemindəki hazırkı yeri və mövqeyidir. Məhz bu mövqe daha da yüksəldikcə,  bununla bağlı ayrıva fəaliyyət proqramı yenidən işlənib hazırlandıqca valideyn və şagirdlər tərəfindən də məktəbdənkənar müəssisələrə olan maraq daha da artacaqdır. Hələlik isə şəxsən mənim subyektiv fikrimə əsasən bu münasibət o qədər də ürəkaçan deyil”. 
Şagirdlərin inkişafetdirici və öyrədici fəaliyyətlərlə məşğul olması, müxtəlif peşələrlə ilkin tanışlığı təkcə məktəbdənkənar təhsillə məhdudlaşmamalıdır. Orta məktəblərdə də şagirdlərin dərsdən əlavə məşğələlərdə fəal iştirakı təmin edilməlidir. Xüsusilə son vaxtlar orta məktəblərdə şagirdlərin zehni inkişafı üçün şahmat dərnəklərinin yaradılmasının vacibliyi müzakirə olunur.  
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında orta məktəblərdə şahmat dərslərinin təkcə məşğələ formasında deyil, ayrıca fənn kimi keçirilməsinin vacibliyini vurğulayıb. O, məktəblərdə həftədə bir dəfə şahmat dərsinin keçirilməsini təklif edib:

“2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbində 2-ci siniflərdə “Şahmat” fənni tədris edilirdi. Sonradan bu layihənin əhatə dairəsi genişləndirilsə də, bir neçə il sonra dərslər ləğv edildi. Hazırda bəzi məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi şahmat keçirilir və könüllü xarakter daşıyır. Təfəkkür qabiliyyəti, analitik bacarığı yüksək şəxsiyyət yetişdirmək istəyiriksə, şagirdlərə şahmatı tədris etməli və bunu onlara sevdirməliyik. Şagirdlərin intellektual inkişafında şahmatın mühüm yeri var. Orta məktəblərdə şahmat daha əyləncəli şəkildə keçirilə bilər. Klassik şahmat dərslərindən fərqli olaraq məktəblərdə akademik, qəliz üslubda tədrisə ehtiyac yoxdur”. 
K.Əsədov qeyd edib ki, Finlandiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrdə orta məktəblərdə şahmat dərslərinin tədrisinə xüsusi diqqət ayrılır:
“Valideynlər məktəblərdə şahmat dərslərinin tədrisinə birmənalı yanaşmır, bunun vaxt itkisi, əlavə dərs yükü olacağını zənn edirlər. Lakin adını çəkdiyim ölkələrdə məktəblərdə şahmatın keçilməsi heç də şagirdlərin əlavə yüklənməsinə gətirib çıxarmır. Şahmat kimi əlavə dərslərin tədrisi şagirdləri zərərli vərdişlərə yiyələnməkdən qoruya bilər. Bu, şagirdlərin zehni inkişafına və boş vaxtlarını daha səmərəli keçirmələrinə də yardım edər”.
Törə Zeynallı
Demokrat.az 
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri