Icma.az
close
up
RU
Məktəbə öz xanlığı kimi baxan direktorlar, işdən çıxarılan müəllimlər, bullinqə məruz qalan şagirdlər...

Məktəbə öz xanlığı kimi baxan direktorlar, işdən çıxarılan müəllimlər, bullinqə məruz qalan şagirdlər...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Son zamanlar məktəblərdə kriminal hadisələr, bullinq, həmçinin məktəb rəhbərliyi, müəllimlər və uşaqlar arasında olan münasibətlərin gərginləşməsi hər kəsi narahat edir. Təəssüflər olsun ki, bəzi məktəblərin direktorları, sözün əsl mənasında məktəbi öz mülkü hesab edir və məktəbdə istədiyi "qanun"ları tətbiq edir. Bu qanunların təsiri məktəb kollektivi ilə yanaşı, uşaqlara da sirayət edir.

Bəzi direktorlar sanki kiçik xanlıq yaradıblar. Bu xanlıqlardan narazılıqlar kənara çıxanda həmin diqqət həmin məktəblərin üzərinə yönəlir. Məsələn; bir neçə gün əvvəl bir xəbərlə qarşılaşdım Direktor məktəbin 3 müəllimini işdən çıxarıb. Məhkəmələrdə uduzan direktor müəllimləri tədrisdən uzaqlaşdırır. Tez-tez qarşılaşırıq, məktəblərdə pul yığma halları, rüşvət, ayrı-seçkilik, xanlıq sistemi və s.

Bu gün bizi daha çox narahat edən uşaqlarımızın məktəblərdəki taleyidir. Təhsilin “t” si belə müşahidə edilməyən bəzi məktəblərdə uşaqlar sözün əsl mənasında repetitor ümidinə qalıb.

Əslində, mövzumuz məktəblərdə bullinqdir. Necə olmaya bilər axı? Bir məktəbdə ki, direktorla müəllimlər yol getmir, uşaqlar necə bir-birini yola verə bilər ki? Acınacaqlı durumdur. Statistikaya görə məktəblərdə uşaqların 30-50%-i təhqirlə, bullinqlə üzləşir. Bullinq və ya təqib, hansısa məktəblinin bir, bir neçə nəfər və ya bütün komanda tərəfindən məruz qaldığı bir sistemli zorakılıqdır. Zərərçəkən təhqir, təhdid, digər zorakılıq növləri ilə üzləşir.

Təcavüzkar zərər çəkmiş şəxsin hərəkətlərini nəzərə almır. "Bu, sadəcə bir zarafatdır" və ya "səhv bir şey etmədim" kimi bəhanələrlə gizlənir. Ancaq bu davranışlar qurbanlarda alçaqlıq və qorxu hissi yaradır. Təcavüzün təzahürləri sistematikdir və uzun müddət davam edir. Bullinq aylar və hətta illərlə davam edə bilər. Psixoloji, fiziki və digər şiddət növləri dəfələrlə təkrarlana bilər.

Buller və qurbanların qüvvələri asimmetrikdir. Təcavüzkar həmişə dominant vəziyyətdədir. Fiziki və ya psixoloji üstünlüyü var. Təqib edən uşağın belə bir qüvvəsi yoxdur. Buna görə də, zorakılığın qarşısını ala bilmir.

Bullinq birbaşa və dolayı yol ilə ola bilər. Araşdırmalara görə bullinq ilkin və orta siniflərdə daha çox müşahidə edilir. Dolayı zorakılıq - dedi-qodu, boykot, manipulyasiya orta məktəbdə daha çox rast gəlinir. Qurbanlar uzun müddət bu vəziyyətə ya dözməli olur, ya da...

Qurban bu və ya digər uşaqlardan sistematik təcavüz yaşayan bir uşaqdır. Qurban özünü tənha hiss edir, təhqir etməyə davam gətirə bilmir. Tez-tez təhqir olunan bir məktəbli, səhv başa düşülmək və daha zəif görünmək qorxusu səbəbiylə kömək istəmir.

Təcavüzkar - "buller"

Qurbana təcavüz edən uşaqdır. Burada bir neçə təcavüzkar ola bilər. Müşahidəçilər bullinqdə iştirakçı olmurlar, ancaq onu dayandırmağa da çalışmırlar. Adətən bu, qurbanın yerində olmaq qorxusu ilə əlaqədardır.

Bullinq qurbanı tabe etmək, ona nəzarət etmək və alçaldılması üçün fiziki gücün istifadəsi ilə özünü göstərir.

Buller, fiziki güc tətbiq etmədən qurbanın emosional tarazlığını zədələyir.

Təcavüzkar ədəbsiz jestlər nümayiş etdirir, internetdə təhqiramiz mesajlar və ya dərslərdə, məktəbin divarlarında təhqiramiz yazılar nümayiş etdirir, hətta aşifahi şəkildə təhqir, tənqid edir, təhdid edir, dedi-qodular yayır, eyni zamanda pulu və qidanı şantajla ələ keçirir.

Boykot vasitəsilə - təcavüzkarlar digər uşaqları məktəbdə və ondan kənarda qurbana məhəl qoymamağa inandırırlar və ya məcbur edirlər.

Mütəxəssislərin fikrincə, araşdırmalar zamanı müəyyən olunub ki, bullinqə məruz qalan uşaq digərlərindən fərqləndiyi üçün bullinqə məruz qalır. Məsələn; milliyyət, nitq xüsusiyyətləri, geyim, böyümə və ya fizika, hobbi, üz xüsusiyyətləri. Ancaq səbəblər yalnız təcavüzkarlar üçün bəhanələrdir. Bəzi uşaqların başqalarına istehza etməsinin səbəbləri daha da dərindir. Belə ki, tez-tez ailədə şiddət görən və ya ona meylli olan məktəblilər təcavüzkar olurlar. Belə uşaqlar təcavüzün təzahürlərinin normal olduğunu qəbul edə bilərlər. Yaş və depressiyanın da böyük təsiri var. Bu səbəblər yeniyetmələr üçün xarakterikdir. Özünə şübhə, hormonal xəstəliklər və digər problemlər səbəbindən şagird çox emosional və aqressiv ola bilər.

Qurban rolunda lan uşaqlarda psixi pozğunluqlar, fobiyalar, qida davranışı pozğunluqları və depressiya müşahidə edilə bilər. Ən ağır hal, təhqirə məruz qalan qurbanların öz həyatına qəsd etməsidir.

Xüsusi olaraq vurğulayaq ki, məktəb illərində yaşanan fiziki və ya psixoloji hadisələr uşağın gələcək həyatında iz buraxır. Bu cür nəticələrin qarşısını almaq və ya onları yumşaltmaq başı təhsildən başqa hər şeyə qarışmış məktəb direktorlarının, müəllimlərin və əgər varsa, məktəb psixoloqlarının məsuliyyətindədir.

Unutmamalıyıq ki, hər hansı bir şagird təqiblərə məruz qala bilər. Ancaq hər bir qurban valideynlərdən və ya digər böyüklərdən kömək istəməyə hazır olmur. Bu vəziyyətdə olan məktəbli utanc, qorxu, günahkarlıq və digər duyğular yaşaya bilər. Ancaq valideynlər və ya məktəb kollektivi uşaqda məktəb bullinqinin əlamətlərini görə bilərlər.

Valideynlər uşağa çox diqqət etməlidir. Əgər uşaq pis yatırsa, bədənində döyülmələrin izi varsa, qarın və ya sinə ağrısı yaşayırsa, iştahsızlıq və ya kilo itkisi varsa, performansın pisləşməsi, məktəbə getmək istəməmək, enures, sinir, depressiya vəziyyəti, həddindən artıq ehtiyatlılıq və güzəştə getmək müşahidə edilirsə, bu zaman övladınızın bullinq qurbanı olduğundan şübhələ bilərsiniz.

Məktəbdə bullinq problemi vahid bir yanaşma tələb edir. Şagirdin tək mübarizə aparması çox çətindir, buna görə valideynlər və müəllimlər də bu davranışla mübarizə aparmalıdır. Məktəb psixoloqu, müəllimlər və valideynlər problemini həll etmək üçün birgə çalışmalıdır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri