Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil

525.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, oktyabrın 2-dən 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilib. Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Məlumat üçün bildirək ki, 2016-cı ildən etibarən ölkədə dövlət ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamamlanmış uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir. Uşaqlara sözügedən fənlər və onların əhəmiyyəti barədə ilkin məlumatlar verilir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Elə bu məqsədlə də sözügedən qruplar yaradılıb. Məktəbə hazırlığın başlıca vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Müəllim bu yolla uşağın bütün diqqətini tədris prosesinə yönəldə bilir. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasının əsasını təşkil edən oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir. Bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və sosial inkişafından asılıdır. Bəzən məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün təlimat verildi ki, ölkədə məktəbəhazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrəşsinlər: "Bunun üçün müəllimlər tərəfindən xüsusi təlim metodu tətbiq edilir. 99 faiz uğurlu nəticə əldə olunur".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəbəqədər təhsil uşağın inkişafında, formalaşmasında həlledici rol oynayır. Öyrənmənin və idrak bacarıqlarının əsasları məhz 3-6 yaş aralığında formalaşır. Bu səbəbdən də uşaqların məktəbəqədər hazırlığa cəlbi vacibdir: "Məktəbəqədər təhsil uşağın həyatı üçün çox mühüm məlhələ hesab olunur. Uşaq məktəbəqədər hazırlıq dövründə ünsiyyət qurmağı, özünü, fikirlərini doğru-düzgün ifadə etməyi, kitabı, oxumağı, ilk dəfə qələm tutmağı, rəsm çəkməyi öyrənir. Bu da onların məktəb həyatına adaptasiyasını asanlaşdırır. Uşaq anlayır ki, o, artıq böyüyüb. Nəticə, sentyabrda, yeni tədris ili başlayanda uşaq məktəbə adaptasiya dövrünü yaxşı keçir. Ancaq məktəbəhazırlığa getməyən uşaq məktəbə, müəllimə, hətta uşaqlara da tez alışa bilmir. Sinifdə, dərslərdə oturmaq, müəllimə qulaq asmaq istəmir, ağlayır və evə getmək istəyirlər. Bəzən vəziyyət o həddə çatır ki, valideyn məcbur qalıb uşağı dərsdən yarımçıq çıxarıb evə aparır. Bu kimi problemlərlə qarşılaşmamaq üçün uşaqları məktəbəqərə hazırlıq qrupları  göndərmək vacibdir".

Kamran Əsədov qeyd edib ki, bu gün valideynlər uşaqlarını yaşadıqları ünvana yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna yazdırırlar. Məktəbəhazırlığın müddəti başa çatdıqdan sonra uşaq təhsilini avtomatik olaraq birinci sinfə də həmin məktəbdə və müəllimədə davam etdirir: "Valideyn həm övladına dərs deyəcək müəllimi öncədən tanımış olur. Ən önəmlisi isə məktəbə elektron yerləşdirmə zamanı uşaq avtomatik olaraq valideynin uyğun gördüyü məktəbə düşür". 

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, məktəbəqədər təhsil istiqamətində şagirdlərin təhsil alması olduqca vacibdir. Bu, artıq günün tələbidir: "Bu mərhələyə diqqət yetirmək uşaqların sağlam, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə şərait yaradır. Ona görə də hər bir uşaq məktəbəqədər təhsilə cəlb olunmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Dünyanın əksər inkişaf etmiş ölkələrində şagirdlərin erkən yaşda, yəni beş yaşda qəbulu həyata keçirilir. Bir il onların məktəbəqədər hazırlıq pilləsində müəyyən fənlər üzrə bilik və bacarıqlarını formalaşdırırlar. Məktəbəhazırlıq uşağın diqqət və yaddaş qabiliyyətlərinin inkişafına böyük təsir göstərir. Əgər uşaq bu imkanlardan erkən yaşda bəhrələnirsə, gələcəkdə məktəb həyatına və cəmiyyətə daha rahat uyğunlaşır. Bu mərhələni uğurla keçdikdən sonra həmin şagirdlər 1-ci sinfə qəbul olunurlar. Şagirdlərin beş yaşda məktəbəqədər hazırlıq prosesinə cəlb olunması onların həm ibtidai təhsil pilləsində göstəricilərinə müsbət təsir etmiş olur yuxarı təhsil pilləsinə keçiddə də erkən yaşda əldə etdikləri biliklər, tərbiyə, təlim və digər amillər onların yuxarı təhsil pilləsində daha uğurlu olmalarına rəvac verir. Bizdə məktəbəqədər təhsil istiqamətində qəbul prosesi çoxda uzun tarixə dayanmır. Qısa müddət ərzində şagirdlərin hazırlığı həyata keçirilir. 7-8 il olar ki, şagirdlərin qəbulunu həyata keçiririk. Ancaq ondan əvvəlki dövrə baxsaq, şagirdlər yalnız 6 və yaxud 7 yaşı olanda 1-ci sinfə gedirdilər. İbtidai təhsil pilləsində 1 il məktəb mühitinə, sinif yoldaşları və müəllimlərə uyğunlaşa bilmirdilər. Bunun da əziyyətini valideynlər çəkirdi. İndi isə beş yaşdan bu prosesə qoşulduqları üçün ümumi təhsil prosesinə adaptasiya ola bilirlər. Bu yaşda övladı olan valideynlərə səslənirəm ki, maksimum dərəcədə çalışsınlar ki, övladlarını hazırlıq prosesinə qoşsunlar. Onlar artıq beş yaşdan həm təlim-tərbiyə və tədris prosesində iştirak etsinlər, həm də sinif yoldaşları ilə uyğunlaşsınlar. Bu, onların sosial olmasına gətirib çıxaracaq. Yəni bir növ asosiallıqdan övladlarını xilas etmək üçün mütləq məktəbəqədər təhsil vacibdir. Bunu hər bir valideyn qəbul etməlidir ki, gələcəkdədə övladları uğurlu ola bilsin. Ötən illərlə müqayisədə son bir neçə ildə məktəbəqədərə gedən uşaqların sayındakı artım göstərir ki, get-gedə valideynlərin buna marağı artır". 

Ekspertin dediyinə görə, məktəbəqədər təhsil pilləsi təkcə paytaxtı deyil, bütün ölkəni əhatə edir. Bölgələrdə də eyni paytaxtdakı kimi müvafiq qaydalar mövcuddur: "Qeyd edim ki, bölgələrdə də məktəbəqədər təhsilə maraq göstərənlərin sayı az deyil. Ancaq bəzi valideynlər övladlarının məktəbəhazırlıq qruplarına getməsini istəmirlər. Onları dayə himayəsində saxlamağı üstün tuturlar. Nəticədə də belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlər olur. Bəzən bir tədris ili boyu bu uşaqlar məktəb mühitinə uyğunlaşa bilmirlər. Məktəbəhazırlıq mühiti keçməyən uşaqlarda bu problemlər daha çox özünü büruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayırlar. Dərslərə maraq göstərmir, özünə qapanır və ancaq evə getmək istəyirlər. Adaptasiya problemi olan uşaqların məktəbə uyğunlaşması üçün məktəbəqədər təhsil mühiti görməsi olduqca vacibdir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri