Icma.az
close
up
RU
Hər zaman sevilən olun!

Hər zaman sevilən olun!

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Dünyada yüzlərlə peşə var: hər birinin özünə görə çətinliyi, ağırlığı, əziyyəti. Və eyni zamanda məsuliyyəti, marağı. Bu peşələrdən biri də tibb bacısı peşəsidir. Həm məsuliyyətli, həm maraqlı, həm çətin, bir qədər də ağır. 12 may onların-tibb bacılarının günüdür- insan sağlamlığı naminə vəzifə borclarını həyata keçirən, bəzən gecəni səhərədək yuxusuz, bəzən günlərlə fikri xəstənin yanında qalan, ona yeni bir həyat vermək üçün həkimlərin müalicə reseptinə saatbasaat, anbaan riayət edən tibb bacılarının...

Həkim səviyyədə olan tibb bacıları tanımışıq: qonşuluqda, qohumluqda. Xəstə həkimə gedənədək və ya təcili yardım gələnədək xəstə üçün artıq ilk tibbi xidməti lazımi şəkildə edən tibb bacıları. Həkim gəlib soruşanda ki xəstəyə nə edilib, bir-bir sadalayan, xəstəni düşdüyü vəziyyətdən çıxaran, el arasında tibb bacısı kimi deyil, həkim kimi tanınan tibb bacıları tanımışıq.

Kişilərlə çiyin-çiyinə təcili yardım şöbələrində çalışan, gecə səhərədək çağırışlarda olub yorulan, lakin üzündən təbəssüm əskik olmayan, ən ucqar dağ kəndlərində avtomobil qalxmayan evlərə günəşin, yağışın altında piyada qalxan, lakin həmin evdə onu gözləyən xəstəyə özünü vaxtında yetirən tibb bacıları tanımışıq.

2020-ci ildə tibb bacılarını tamamilə başqa bir situasiyada tanıdıq. Onlar bu dəfə həftələrlə evlərindən, uşaqlarından, ailələrindən uzaqda qalmalı oldular. Xəstələri qoyub evlərinə gedə bilmədilər. Aylarla taxdıqları maskalar üzlərində xüsusi iz buraxıb yara açan, əynindən qoruyucu paltar çıxmayan, karonavirusla mübarizə aparıb, sonda qalib gələn tibb bacıları tanıdıq: yüzlərlə insanı ölümün caynağından alıb həyata-ailəsinə, övladlarına yenidən bəxş edən tibb bacıları.

Onlar vəzifələrini təkcə tibb müəssisələrində deyil, qonşuluqda, qohumluqda da yerinə yetirirlər. Həkimlərin yazdığı resepti kimdir xəstəyə tətbiq edən? İynə vaxtı harada olursa-olsun özünü çatdıran, xəstə ilə telefon əlaqəsi saxlayan, hər an vəziyyəti ilə maraqlanan, yeri gələndə ona bişirdiyi yeməkdən pay tutan, başının üzərini övladı kimi kəsən, onun ağrılarını öz ağrısı hesab edən tibb bacılarımız var.

Bəzən xəstə ilə rəfiqə, dost olan, sirr alıb təsəlli verən, vurduğu iynələrlə yanaşı təbəssümü, duyğulu səsi də xəstəyə dərman olan tibb bacılarımız var. Ümidverici sözlərlə xəstəsinə ümid olan, onu sağalacağına əmin edən, əminliyini başqa xəstələrindən nümunə gətirməklə söyləyən tibb bacılarımız var.

Onlar qadınlardır: həm həyat yoldaşı, həm ana, gəlin, nənə qayınanadırlar. Həyatın qadın olan varlıq üçün verdiyi mərhələlərin hər birindən keçə-keçə zamanın müəyyən kəsiyində dayanan və xəstəsinə bir ana qayğısı ilə yanaşan, bəzən onu övladı sanıb başına sığal çəkən, bəzən anası, qayınanası, ağbirçəyi-nənəsi, bibisi, xalası sanıb tək iynə vurmaqla deyil, əlini, saçını oxşamaqla nəvaziş edən tibb bacılarımız var.

Nə yaxşı da ki, onlar var. Nə yaxşı da ki, onlar qadındır. “İynəni kim vuracaq, bizi əməliyyata, müayinələrə kim hazırlayacaq?”,-xəstə olub tibb müəssisələrinə üz tutanda bunlar hansımızın fikrindən keçməyib? Onları gülərüz görəndə sanki ağrılarımız azalıb, təsəlliverici görəndə bir anlıq sağaldığımızı hiss etmişik. Söhbətləri, təcrübələrindən gətirdikləri nümunələrlə sabahımıza bir sağlamlıq bəxş ediblər.

Nə yaxşı ki, varsınız tibb bacıları. İnsanlara xidmətinizdən əvvəl gözlərinizlə, dodaqlarınız arasından çıxsan hər kəlmə sözlə, o gözəl təbəssümünüzlə və bir də əyninizdəki təmiz uniforma ilə sağlamlıq bəxş edən tibb bacıları... Gününüz mübarək, işiniz avand olsun. Sevirik sizi... Hər zaman belə sevilən olun...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see342

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see316

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see316

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see302

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see294

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see288

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see281

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see269

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see269

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see264

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see241

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see233

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see232

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see230

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see229

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see229

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see225

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see222

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see216

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri