Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Məktəbin geyim dili

Məktəbin geyim dili

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üzeyir ŞƏFİYEV
BDU-nun Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarına dəyişiklik edilib. Bu dəyişiklikə əsasən, "1.4-1. Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. 1.4-2. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir" müddəaları əlavə olunub. 1.8-ci bəndə əsasən, "Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər". 1.10-cu bənddə isə bildirilir: "Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir".

Bu dəyişiklik əsasında Azərbaycanda Nazirlər Kabinetinin müvafiq qərarları ilə ümumi təhsil müəssisələrində vahid məktəbli forması qaydaları daha da konkretləşdirilib və monitorinqlərə başlanılıb. Bununla yanaşı, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər"in təsdiq edilməsi haqqında da Nazirlər Kabineti 6 oktyabr 2026-cı il tarixli qərar qəbul edib. Hər iki qərarla bağlı cəmiyyətdə ciddi müzakirələr gedir. Bu müzakirələrdə fərqli istiqamətləri və mövqeləri müşahidə edirik. Bu da təsadüfi deyil.

Məktəb sosiallaşma institutu kimi mühüm əhəmiyyət daşıdığından, uşaq və yeniyetmələrin ideya-tərbiyə işinin düzgün təşkili xüsusi məna kəsb edir. Əlbəttə, Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət olaraq təhsil institutunu da bu istiqamətdə qurub. Ancaq təəssüf ki, bir sıra geosiyasi güclər maraqlı olduqları ölkələrdə cəmiyyətlərə müxtəlif sosiallaşma institutları, o cümlədən təhsil vasitəsilə təsir göstərməyə çalışırlar. Onlar sosial-siyasi freyminq alətlərindən və sosiomühəndislik layihələrindən istifadə edərək, Overton pəncərəsi vasitəsilə öz məkrli niyyətlərinə çatmaq istəyirlər. Bunun üçün maraqları olan ölkələrdə təzyiq qrupları yaratmağa cəhd edir, hədəflərinə nail olmağa çalışırlar.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin çıxışlarında və dövlət siyasətində xarici güclərin gəncləri hədəf seçməsi milli təhlükəsizlik və ideoloji müstəqillik baxımından xüsusi diqqət yetirilən məsələlərdəndir. Dövlət başçısı xüsusilə qeyd edir ki, kənar qüvvələr gənclərin manipulyasiyaya daha tez məruz qalan təbəqə olduğunu bilərək, öz maraqlarını reallaşdırmaq üçün məhz onlardan istifadə etməyə çalışırlar. Kimsəyə sirr deyil ki, gənc nəslin dini, siyasi və ya sosial baxımdan radikal cərəyanların təsirinə salınması xarici dairələrin dağıdıcı planlarının bir hissəsidir. Prezident İlham Əliyev xarici güclərin bu məkrli siyasətinə qarşı ən güclü qalxan kimi vətənpərvərliyi, azərbaycançılıq məfkurəsini və milli ruhda tərbiyəni görür.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında etdiyi geniş və proqram xarakterli çıxışında bu məsələyə xüsusi yer ayırıb. O, ölkənin ideoloji müstəqilliyinin qorunmasını dövlətin ən mühüm strateji hədəflərindən biri kimi bəyan edib. Dövlət başçısı açıq şəkildə bildirib ki, Azərbaycanın ideoloji məkanı yad ünsürlərdən və yad təsirlərdən tamamilə azad olmalı, xaricdən yönəldilən ideoloji təbliğatın daxili sabitliyə təsir etməsinə yol verilməməlidir.

"Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" və "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər" haqqında qərarlara ənənəvi qərarlar kimi baxılsa da, əslində, bu sənədlər ölkəmizdə marağı olan geosiyasi güclərin fəallaşması və onların yaratmaq istədikləri təzyiq qruplarının üzə çıxarılması baxımından ciddi müzakirələrə yol açıb. Əslində, sözügedən qərarlar Azərbaycan təhsilinə, uşaq və yeniyetmələrin sosiallaşmasına faydası baxımından müzakirəyə kifayət qədər açıq məqamları özündə ehtiva edir.

Sosial-iqtisadi bərabərsizliyin məktəb mühitində şagirdlərə təsirinin qarşısını almaq, dini, siyasi və submədəni elementlərə görə şagirdlərin bir-birinə stiqmatik yanaşmasına imkan verməmək, eləcə də şagirdlərin vizual görünüşü ilə deyil, daha çox təhsildə rəqabətlə bağlı sağlam mühit yaratmaq baxımından vahid məktəbli formasının üstünlükləri çoxdur.

Maddi vəziyyətindən asılı olmayaraq, bütün uşaqlar eyni geyinir. Bu, şagirdlər arasında geyimə görə yarana biləcək fərqləri və qütbləşməni aradan qaldırır. Bahalı və ya dəbdə olan geyimlər ala bilməyən uşaqların həmyaşıdları tərəfindən tənqid olunması riskini və bunun yaratdığı psixoloji gərginliyi minimuma endirir. Vahid geyim şagirdlərdə eyni icmaya və məktəbə aidlik hissini, məktəb kimliyini formalaşdırır, birlik duyğusunu gücləndirir. Şagirdlər dərs zamanı kimin nə geyindiyinə deyil, birbaşa dərslərinə diqqət yetirirlər. Moda və geyim rəqabəti arxa plana keçir. Məktəbli forması uşaqlara məktəbin rəsmi qurum olduğunu və müəyyən qaydalara tabe olmağın vacibliyini dərk etdirir. Məktəb ərazisində forması olmayan yad şəxs dərhal diqqət çəkir. Bu da məktəbin daxili təhlükəsizliyinin təmin edilməsini asanlaşdırır.

Vahid məktəbli forması təcrübəsi təkcə ölkəmizdə deyil, 70-ə yaxın ölkədə, əsasən Asiya, Afrika və Okeaniyada, bu və ya digər formada tətbiq olunur və məcburidir. Bir sıra ölkələrdə forma təkcə geyim deyil, həm də məktəbin nüfuzunun və nizam-intizamın rəmzidir. Böyük Britaniyada məktəbli formasının uzun tarixi var: onun tətbiqinə XVI əsrdən başlanılıb. Dövlət və özəl məktəblərin demək olar ki, hamısında formalar çox rəsmidir: pencək, qalstuk, köynək və məktəbin loqosu əsas elementlərdir. Yaponiyada məktəbli formaları dünyada populyarlıq qazanıb. Oğlanlar üçün hərbi üslublu kostyumlar, qızlar üçün isə dənizçi yaxalıqlı donlar və ya müasir pencəkli geyimlər xarakterikdir. Cənubi Koreyada formalar çox dəbdəbəli və müasir üslubda hazırlanır.

Hərçənd, bir sıra Qərb ölkələrində fərdiliyin qorunması bərabərlikdən daha üstün tutulur. Kontinental Avropada (Fransa, Almaniya, İtaliya, İsveç) dövlət məktəblərində vahid forma ənənəsi yoxdur. Uşaqlar məktəbə gündəlik, rahat geyimlərdə gəlirlər, sadəcə, müəyyən etik qaydalara, o cümlədən həddindən artıq açıq geyinməmək tələbinə əməl etməlidirlər. Formalar yalnız bəzi özəl məktəblərdə mövcuddur. ABŞ və Kanadada dövlət məktəblərində vahid forma məcburi deyil, lakin ciddi geyim qaydaları - "Dress Code" tətbiq olunur. Bununla belə, son illərdə təhlükəsizlik və nizam-intizam məqsədilə bəzi ştatların dövlət məktəblərində də sadə formalar - polo köynək və xaki şalvar tətbiq edilməyə başlanıb.

Qeyd edək ki, vahid məktəbli forması məsələsi müxtəlif dövrlərdə sahə mütəxəssislərinin tədqiqat obyektinə çevrilib. Sosioloq Con Meyer tərəfindən irəli sürülmüş neoinstitusionalizm nəzəriyyəsi çərçivəsində vahid məktəbli forması təhsilin texniki effektivliyini artırmaqdan daha çox, məktəbin cəmiyyət və dövlət qarşısında legitimlik qazanmasına xidmət edən simvolik mexanizm kimi qiymətləndirilir. Meyerin yanaşması işığında vahid məktəbli formasının tətbiqi dörd əsas sosioloji prinsip əsasında izah olunur.

Con Meyer və Brayan Rovan qeyd edirlər ki, müasir cəmiyyətlərdə təhsil müəssisələri dərsləri real olaraq nə dərəcədə keyfiyyətli keçmələrindən asılı olmayaraq, kənar strukturlara nizamlı və düzgün işlədiklərini sübut etməlidirlər. Cəmiyyətdə belə bir təsəvvür mövcuddur: "Əgər hamı eyni geyinirsə, deməli, burada intizam, bərabərlik və ciddi təhsil var". Vahid geyim forması məktəbin "Mən qaydalara tabe oluram və legitim müəssisəyəm" mesajını vermək üçün istifadə etdiyi vizual rituallardan biridir.

Meyer təhsil sistemində formal struktur - qaydalar, formalar, sənədlər - ilə texniki fəaliyyət, yəni sinifdə müəllimlə şagird arasında baş verən real öyrənmə prosesi arasında əlaqə olduğunu müdafiə edir. Vahid məktəbli forması şagirdin intellektual potensialını, dərsi necə mənimsədiyini və ya müəllimin effektivliyini birbaşa dəyişməsə də, məktəb rəhbərliyinə real təlim keyfiyyətini yüksəltmək kimi çətin vəzifə ilə yanaşı, kənardan asanlıqla idarə oluna bilən vizual və inzibati nizam yaratmağa kömək edir.

Meyerə görə, təhsil sisteminin əsas funksiyalarından biri fərdləri müəyyən statuslara yerləşdirmək və cəmiyyətə bərabərhüquqlu vətəndaşlar qazandırmaqdır. Vahid geyim sosial-iqtisadi fərqləri nəzərə almadan, hər kəsi qlobal şagird və vətəndaş statusunda bərabərləşdirir. Bu yolla məktəb şagirdlərinə cəmiyyətdə rəsmi status qazandırmaq funksiyasını yerinə yetirir.

Təhsil sosiologiyasında və pedaqogikada vahid məktəbli forması ilə bağlı müxtəlif arqumentlər mövcuddur. Fransız sosioloqu E.Dürkheymə görə, məktəbin əsas funksiyası fərdi cəmiyyətin üzvünə çevirmək və onda "kollektiv şüur" yaratmaqdır. Vahid məktəbli forması şagirdlərdə fərdi eqoizmi azaldır və onları ümumi qrupun bir hissəsi kimi hiss etməyə sövq edir. Bu geyim şagirdə "mən" deyil, "biz" duyğusunu və mexaniki həmrəyliyi aşılayır.

Digər sosioloji yanaşmanın müəllifi T.Parsons qeyd edirdi ki, məktəb uşağı ailədəki xüsusi (partikulyar) münasibətlərdən çıxararaq cəmiyyətdəki ümumi (universal) qaydalara hazırlayır. Məktəbli forması uşağın evdəki "ərköyün övlad" statusundan çıxıb cəmiyyətin rəsmi üzvü olan "şagird" roluna uyğunlaşmasını asanlaşdırır. Forma sosial rolların sərhədlərini müəyyənləşdirir.

Məktəblərdə təhsilalanların və təhsilverənlərin geyim formalarına yanaşma sadə və təsadüfi xarakter daşımır, uzunmüddətli müşahidələr əsasında formalaşmış qənaətə söykənir. Sosial şəbəkələrdə və digər platformalarda məktəblərdə baş verən neqativ hallara zaman-zaman rast gəlinir.

Bəzi valideynlər xurafata qapılaraq valideyn hüquqlarından sui-istifadə edir, övladlarını dünyəvi təhsildən yayındıraraq qanunsuz dini təhsil kurslarına cəlb edirlər. Çox da uzaq olmayan keçmişdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qanunsuz dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Eləcə də bəzi hallarda müəyyən təriqət və ya sektanın təsiri altında olan müəllimlər peşə etikasına zidd davranaraq tədris zamanı səlahiyyətlərindən sui-istifadə edir, missionerlik fəaliyyəti göstərir, psixologiyası tam formalaşmamış şagirdlərə təsir edirlər.

Qeyd etməliyik ki, müəllimlərin geyimləri ilə bağlı da fərqli mövqelər mövcuddur. Dünyadakı təcrübələrə və müzakirələrə nəzər salsaq, müəllimlərin geyim formaları ilə bağlı maraqlı təkliflərə də rast gələ bilərik. Bəzi mütəxəssislər təklif edirlər ki, orta məktəb şagirdlərinin, xüsusilə azyaşlıların və ibtidai sinif şagirdlərinin tənqidi təfəkkürü hələ tam formalaşmadığından, müəllimlərinin dini simvollar daşıması məhdudlaşdırıla bilər. Lakin ali məktəblərdə tələbələr artıq fərqli dünyagörüşləri dərk etmək qabiliyyətinə malik olduqları üçün onlara sərbəstlik verilməsi mümkündür.

Vahid məktəbli forması ilə bağlı yanaşma ölkəmiz üçün yeni deyil. Azərbaycan təhsil tarixində mühüm yer tutan Hacı Zeynalabdin Tağıyevin qız məktəbi 1901-ci ildə Bakıda fəaliyyətə başlayanda da bu yanaşma tətbiq olunub. İslam dininə bağlı şəxsiyyət olan Tağıyev qızların dünyəvi təhsil almasını daha zəruri sayırdı. 22 aprel 1901-ci ildə məktəbin Hamilər Şurasının iclasında şagirdlərin geyim forması ayrıca müzakirə edilib. Şura dövrün ictimai-mədəni xüsusiyyətlərini nəzərə alaraq ənənəvi geyim əsasında hazırlanmış formanın tətbiqini məqsədəuyğun hesab edib.

Tağıyevin qız məktəbində də şagirdlərin geyimi fərdi zövqə və sərbəst seçimə buraxılmayıb, məktəbin öz geyim standartı müəyyən edilib. Bu seçim dövrün milli-mədəni xüsusiyyətlərini də əks etdirirdi. Tağıyevin qız məktəbinin arxiv sənədləri Azərbaycanda məktəbli geyiminin vahid qaydada müəyyənləşdirilməsi ənənəsinin qədim tarixə malik olduğunu göstərir. Hələ 125 il əvvəl şagirdlərin geyiminin görünüşü, hazırlanması və təminatı məktəbin idarəetmə orqanı səviyyəsində tənzimlənirdi.

Bu gün də hüquqi, demokratik və dünyəvi dövlət olan Azərbaycan milli dəyərlərlə dünyəviliyin rasional inteqrasiyasına imkan verən yanaşma tətbiq edir. İnanırıq ki, Nazirlər Kabinetinin məlum qərarlarının məzmunu dünyəviliyi, milli dəyərləri və inklüzivliyi özündə ehtiva edən yanaşma kimi cəmiyyətə və dövlət həyatına praqmatik töhfələr verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri