Icma.az
close
up
RU
Məktəblər imtahanlarda speaking dən istifadəyə HAZIR DEYİL

Məktəblər imtahanlarda speaking dən istifadəyə HAZIR DEYİL

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcəyini qeyd edib. Eyni zamanda, magistratura səviyyəsində bu mərhələ uğurla tətbiq olunacağı təqdirdə, gələcəkdə digər aşağı pilləli imtahanlarda da “speaking” mərhələsi tətbiq edilə bilər. Azərbaycanda magistratura imtahanlarına “speaking” mərhələsinin əlavə olunması qərarı dil bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından nəzəri cəhətdən düzgün görünür. Lakin təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, bu addım yalnız ümumi təhsil və bakalavr pilləsində real danışıq bacarığı formalaşdırıldığı halda məntiqli və ədalətli ola bilər:

Məktəblərdə "speaking" bacarığı inkişaf etdirilmir
“Hazırda məktəblərdə tətbiq olunan xarici dil proqramları nəzəri olaraq oxu, yazı, dinləmə və danışığı əhatə etsə də, təcrübədə "speaking" bacarığı ya ümumiyyətlə inkişaf etdirilmir, ya da formal şəkildə tədris olunur. Bu isə Təhsil haqqında Qanunda nəzərdə tutulan bacarıqların inkişafı tələbi ilə ziddiyyət təşkil edir”.
Kamran Əsədovun sözlərinə görə, məktəblərdə ingilis dili müəllimlərinin yalnız 18 faizi beynəlxalq sertifikatlıdır və bu, danışıq bacarığının formalaşmasına ciddi maneədir:
“2023-cü il sertifikasiya imtahanlarının nəticələri göstərdi ki, müəllimlərin 88 faizi minimum tələbləri belə, ödəyə bilməyib. Bu fonda danışıq bacarığının yoxlanılması tələbələrin biliklərini deyil, onların maddi imkanlarını ölçən vasitəyə çevriləcək”.
Ekspert həmçinin qeyd edib ki, bu vəziyyət xüsusilə regionlarda təhsil alan gənclər üçün sosial ədalətsizliyə səbəb ola bilər, çünki onlar əlavə kurs imkanlarından istifadə edə bilmirlər:
“Danışıq mərhələsinin tətbiqi real danışıq mühiti və müəllim hazırlığı olmadan sadəcə kurslara yönləndirilmiş yeni bir maliyyə yükü olacaq”.
Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə illərdir passiv mövqe sərgiləyir:
“Nə müəllimlərə kommunikativ metodlarla bağlı təlimlər keçirilir, nə də məktəblərdə real danışıq mühiti yaradılır. Nazirlik sadəcə imtahan qərarlarına reaksiya verir, amma sistemli şəkildə qabaqlayıcı tədbir görmür”.
Ekspert dünya təcrübəsindən nümunələr gətirərək vurğulayıb ki, danışıq mərhələsi yalnız həmin bacarıqların tədris mühitində təşviq edildiyi ölkələrdə uğurla tətbiq edilir:
“Finlandiya, Sinqapur, Niderland kimi ölkələrdə xarici dil dərsləri interaktiv metodlarla keçirilir, müəllimlər bu istiqamətdə xüsusi hazırlıq alır. Azərbaycanda isə bu şərait olmadan danışıq mərhələsinin tətbiqi minlərlə gəncin əlavə xərclərlə üzləşməsinə və təhsildən soyumasına səbəb olacaq”.
Nəticə olaraq, Kamran Əsədovun fikrincə, danışıq bacarığının qiymətləndirilməsi deyil, onun məktəbdən başlayaraq sistemli şəkildə formalaşdırılması prioritet olmalıdır:
“Sistem dəyişmədən qiymətləndirməni dəyişmək təhsilin keyfiyyətinə yox, statistikaya xidmət edir. Əgər bu addım atılacaqsa, o zaman əvvəlcə təhsil sistemində köklü islahatlar, müəllim hazırlığı və məktəblərdə real danışıq imkanları təmin edilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri