Icma.az
close
up
RU
Məktəblərdə repetitorluq mexanizmləri tətbiq olunsun Ekspertdən TƏKLİF

Məktəblərdə repetitorluq mexanizmləri tətbiq olunsun Ekspertdən TƏKLİF

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ölkəmizdə son illər təhsil sahəsində həyata keçirilən ən mühüm və effektiv yeniliklərdən biri yeni təmayül tədris modelinin tətbiqidir. Emin Əmrullayevin də çıxışlarında vurğuladığı kimi, bu modelin tətbiqi şagirdlərin akademik nailiyyətlərini artırmaqla yanaşı, eyni zamanda cəmiyyətin sosial çağırışlarına cavab verən mühüm addımdır. Yeni modelin tətbiqi ilə cəmiyyətimizdə yanlış təfəkkür kimi formalaşmış “məktəbin əsas vəzifəsi imtahana hazırlıqlı şagird yetişdirməkdir” yanaşmasının aradan qaldırılması ilə yanaşı, məktəbin bu istiqamətdəki mühüm öhdəliyini də daha effektiv şəkildə yerinə yetirməsi üçün əlverişli şərait yaranacaq".

Bu fikirləri Redaktor.az-a coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə səsləndirib.

"“Məktəbin əsas funksiyası buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər hazırlamaq olmalıdırmı?” sualını versəniz, birmənalı şəkildə “xeyr” deyərdim. Kurikulum sənədində də qeyd edildiyi kimi, ümumi təhsil müəssisələri, yəni məktəblər, əldə etdiyi bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, problem həll edən, yaradıcı, məsuliyyətli və fəal vətəndaş yetişdirməlidir".

Müsahibimiz yeni təmayül tədris modelinin tətbiqi zamanı tədrisin keyfiyyətini necə artırmaq, hansı metodlardan istifadə etməklə daha effektiv nəticələrin əldə edilməsi barədə fikirlərini bölüşdü:

O qeyd etdi ki, Azərbaycanda repetitorluq sistemi kifayət qədər geniş yayılıb və artıq müəyyən mənada kölgə təhsil sisteminə çevrilib:

"Hər il repetitor xidmətlərindən istifadə edərək yüksək nəticələr əldə edən şagirdlərin nəticələrində məktəbdən daha çox repetitorluq sisteminin payının olduğunu görürük. Bu isə onu deməyə əsas verir ki, repetitorların məktəbdənkənar dərs saatlarında tətbiq etdikləri hazırlıq mexanizmlərini təmayül tədris modeli tətbiq olunan məktəblərdə də tətbiq edə bilsək, son nəticədə bu modelin repetitorluq qədər uğurlu olmasına nail ola bilərik.

Repetitor yanında dərslər yalnız məktəb proqramları əsasında deyil, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarına hazırlıq proqramları və tələbləri əsasında təşkil olunur. Yəni bütün dərslərdə məktəb dərslikləri və nəzəri vəsaitlərlə yanaşı, Dövlət İmtahan Mərkəzinin və digər nəşrlərin test banklarından istifadə edilir".

Ekspertin sözlərinə görə, hər bölmənin sonunda keçirilən KSQ və BSQ-ləri daha da ciddiləşdirərək sınaq imtahanı formatında yoxlamaların təşkil olunması məqsədəuyğun olardı:

"Əgər bu modelin repetitorluq qədər effektiv və məhsuldar olmasını istəyiriksə, müəyyən mənada məktəb proqramlarının çərçivəsindən kənara çıxmalı və müəllimlərə daha çox sərbəstlik verməliyik. Çünki indiyədək yalnız məktəb proqramları əsasında tədrisin bütün hallarda imtahanlara tam hazırlıqlı şagirdlər yetişdirmədiyinin şahidi olmuşuq. Yeni modelin tətbiqinə ehtiyac yaranmasının səbəblərindən biri də məhz budur. İndi isə yüksək nəticə göstərən repetitorların öz təcrübələrini məktəblərdə tətbiq etməsinə şərait yaratmalı və müəyyən mənada onların fəaliyyətinə müdaxilə edilməməlidir. Onlardan əsasən tədris ilinin sonunda nəticə tələb olunmalıdır. Tədris prosesinin təşkili mexanizmlərinin seçimində müəllimə sərbəstlik verilməli və ən əsası, müəllim və şagirdlər güclü maddi-texniki baza, eləcə də müasir əyani və virtual vəsaitlərlə təmin edilməlidir".

T.Rzazadə təklif edir ki, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərdə yüksək nəticə göstərən repetitorların və təcrübəli müəllimlərin effektiv tədris metodlarından istifadə edilməsinə şərait yaradılsın:

"Müəllimlərə tədris prosesinin təşkili və metodların seçimində daha geniş sərbəstlik verilsin, onların fəaliyyətinə həddindən artıq inzibati müdaxilələr məhdudlaşdırılsın və əsas diqqət əldə olunan nəticələrə yönəldilsin. Eyni zamanda, məktəblərdə DİM-in qəbul və buraxılış imtahanlarının tələblərinə uyğun əlavə test və sınaq mexanizmlərinin tətbiqi, müasir əyani və virtual tədris resurslarının əlçatanlığının artırılması təmin edilməlidir. Düşünürəm ki, müəllimə düzgün istiqamət, kifayət qədər sərbəstlik və lazımi resurslar verildiyi halda, məktəb təhsilinin nəticələrini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür. Əsas məqsədimiz isə yalnız yüksək bal toplayan deyil, həm də qazandığı bilikləri həyatda tətbiq edə bilən, müstəqil düşünən, yaradıcı və məsuliyyətli şagird yetişdirmək olmalıdır. Çünki uğurlu məktəbin göstəricisi yalnız imtahan nəticələri deyil, məzunun gələcək həyata nə dərəcədə hazırlıqlı olmasıdır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri