Icma.az
close
up
RU
Məktəblərdə psixoloqlar sadəcə dərs boşluqlarını doldurur Ekspertdən AÇIQLAMA

Məktəblərdə psixoloqlar sadəcə dərs boşluqlarını doldurur Ekspertdən AÇIQLAMA

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər orta ümumtəhsil məktəblərində psixoloji xidmətin rolu və effektivliyi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Şagirdlərin psixoloji sağlamlığının qorunması, tədris prosesində yaranan stres və gərginliklərin vaxtında aradan qaldırılması, eləcə də valideyn–şagird–müəllim münasibətlərinin sağlam şəkildə tənzimlənməsində məktəb psixoloqlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Lakin mövcud vəziyyət göstərir ki, bir çox məktəbdə psixoloqlar öz əsas funksiyalarından kənar işlərə cəlb olunur və bu da psixoloji dəstəyin səmərəliliyini azaldır.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a bildirib ki, təəssüflər olsun ki, hazırda bir çox orta ümumtəhsil məktəblərində psixoloqlar daha çox boş qalan dərs saatlarını doldurmaq məqsədilə dərslərə cəlb edilirlər:
“Orta ümumtəhsil məktəblərində psixoloqların fəaliyyət göstərməsi təhsil haqqında qanunvericilikdə də öz əksini tapmışdır. Təhsil qanunvericiliyinə əsasən, orta ümumtəhsil məktəblərində tədris prosesini həyata keçirən təhsil verənlərin və təhsil alanların psixoloji dəstək alması, eləcə də psixoloji gərginliklərin və müxtəlif psixoloji halların vaxtında müəyyən edilərək qarşısının alınması üçün psixoloq ştatına ciddi ehtiyac vardır. Ümumiyyətlə, məktəb psixoloqunun fəaliyyəti ondan ibarətdir ki, orta ümumtəhsil məktəbində hər hansı problemli şagird aşkar edildikdə, həmin şagirdlər sinif rəhbərləri tərəfindən müəyyənləşdirilir və psixoloqa yönləndirilir. Məktəb psixoloqlarının əsas funksiyası isə hər hansı fəsad baş verməmişdən əvvəl, mərhələli şəkildə psixoloji problemi olan və ya psixoloji təzyiq altında həyat fəaliyyətini davam etdirən şagirdlərlə mütəmadi görüşlər keçirməkdir. Amma bəzən əksi olur. Müəllim xəstəlik və ya məzuniyyət səbəbindən dərsə gəlmədikdə, dərslər boş keçməsin deyə məktəb rəhbərliyi psixoloqu həmin sinfə göndərir. Bu səbəbdən də bir çox məktəbdə psixoloqun ayrıca otağı belə mövcud deyil. Bu vəziyyət bəzi məktəblərdə aradan qaldırılsa da, ümumilikdə hələ də aktual problemdir. Əslində, hadisədən əvvəl valideyn–şagird–müəllim üçbucağı çərçivəsində mütəmadi əlaqələr qurulmalıdır. Təəssüf ki, bizdə psixoloqlar yalnız hadisə baş verdikdən sonra işə cəlb olunurlar. Hadisə baş verdikdən sonra psixoloqun məsələyə qoşulmasının isə artıq ciddi faydası olmur. Çünki əsas məqsəd hadisənin baş verməsinin qarşısını almaqdır və bu da məktəb psixoloqlarının əsas fəaliyyət istiqaməti olmalıdır”.

Ekspert bildirib ki, hazırda orta ümumtəhsil məktəbləri üçün “Vahid Psixoloji Dəstək Proqramı” mövcuddur və psixoloqların tədris prosesini həmin proqram əsasında həyata keçirir:
“Proqram bütün orta ümumtəhsil məktəblərində yaş qruplarına uyğun şəkildə tətbiq olunur. Bu çərçivədə psixoloqlar təkcə problemli şagirdlərlə deyil, onların valideynləri ilə də görüşlər keçirməlidirlər. Bununla yanaşı, problem yalnız şagirdlərlə məhdudlaşmır. Müəllimlərdə də stres, psixoloji gərginlik və ailə problemləri ola bilər. Bu baxımdan məktəb psixoloqları təhsil verənlərlə, yəni müəllimlərlə də mütəmadi görüşlər keçirməlidirlər. Region məktəbləri üçün isə müəyyən fərqli yanaşmalar tətbiq olunmalıdır. Bununla belə, istər Bakı şəhərində, istərsə də regionlarda fəaliyyət göstərən məktəb psixoloqları ümumi tədris proqramına uyğun fəaliyyət göstərirlər. Lakin hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Açıq demək olar ki, hazırda orta ümumtəhsil məktəblərində psixoloq kimi fəaliyyət göstərən şəxslərin təxminən 70 faizi öz ixtisasının mütəxəssisi deyil. Bu səbəbdən Elm və Təhsil Nazirliyinə məktəb psixoloqlarının da mütləq sertifikasiyadan keçirilməsi ilə bağlı təklif irəli sürülmüşdür. Müəyyən çatışmazlıqlar mövcuddur və məktəb psixoloqlarının fəaliyyəti də istənilən, arzu olunan səviyyədə deyil. Əgər həqiqətən istəyiriksə ki, məktəb psixoloqları orta ümumtəhsil məktəblərində aktiv və səmərəli fəaliyyət göstərsinlər, bu zaman ilk növbədə onların mütləq şəkildə sertifikasiyadan keçirilməsi təmin olunmalıdır”.

Psixoloq Aygül Məlikova isə deyib ki, nəzərə alsaq ki, məktəblərdə yüzlərlə, bəzən isə minlərlə şagird təhsil alır, bu halda 1, hətta 2–3 psixoloq belə bütün şagirdlərin problemlərini vaxtında müəyyənləşdirib həll etməkdə çətinlik çəkir:
“Bəzi hallarda məktəb psixoloqları şagirdlərə praktik müdaxilə edə bilmirlər. Təəssüflər olsun ki, bir çox psixoloqlar yalnız universitet təhsili ilə kifayətlənir, praktik bacarıqlara və real iş təcrübəsinə yetərincə malik olmurlar. Bu isə psixoloji dəstəyin effektivliyini azaldır. Valideyn, məktəb və psixoloq əməkdaşlığında da ciddi boşluqlar mövcuddur. Bəzi məktəb psixoloqları valideynlərə başqa mütəxəssisə müraciət etməyi tövsiyə edir və ya valideynlərlə davamlı əməkdaşlıq qura bilmirlər. Digər hallarda isə psixoloqlar məlumatı valideynlərə düzgün çatdırmır, yaxud valideynlər bu məlumatları doğru şəkildə qavramırlar. Nəticədə mövcud problem nə psixoloq, nə də valideyn tərəfindən ciddi qəbul edilir və bu da şagirdlərdə psixoloji problemlərin dərinləşməsinə səbəb olur”.

Psixoloqun sözlərinə görə, məktəb psixoloqlarının fəaliyyətinin mütəmadi olaraq yoxlanılması, onların ixtisasartırma təlimlərinə cəlb edilməsi olduqca vacibdir. Bu addımlar məktəblərdə psixoloji proqramların daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə kömək edər:
“İlk növbədə, məktəbdə təhsil alan uşaqların psixoloji portreti hazırlanmalıdır. Bu, şagirdlərin əsas psixoloji problemlərinin nədən ibarət olduğunu, hansı məsələlərə xüsusi diqqət yetirilməli olduğunu müəyyənləşdirməyə imkan verər. Eyni zamanda müəllimlər üçün də maarifləndirici təlimlər təşkil edilməlidir ki, məktəblərdə psixoloji xidmətə daha ciddi və peşəkar yanaşılsın. Psixoloji dəstək dərs proqramına inteqrasiya edilməlidir. Çünki bu gün təhsildə mövcud olan bir çox boşluqların əsas səbəblərindən biri psixoloji dəyərləndirmələrin düzgün aparılmamasıdır. Elə uşaqlar var ki, onların qavrama bacarıqlarında çətinliklər mövcuddur. Lakin danışa bildikləri və dərs materiallarını əzbər formada qısa şəkildə ifadə etdikləri üçün müəllimlər tərəfindən bu problemlər hər zaman düzgün müəyyən edilmir. Bəzi şagirdlərdə isə öyrənmə pozuntuları müşahidə olunur. Bu pozuntular səbəbindən uşaqlar dərs materiallarını lazımi səviyyədə mənimsəyə bilmirlər. Əslində diqqət yetirilməli çoxsaylı məqamlar mövcuddur və onların hər birinə vaxtında və fərdi yanaşma göstərilməsi zəruridir”.
Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri