Icma.az
close
up
RU
Müəllimlərə TəhsilPlus un paylanılmasına başlanıldı FOTO

Müəllimlərə TəhsilPlus un paylanılmasına başlanıldı FOTO

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə "TəhsilPlus" kartlarının təqdimetmə mərasimləri keçirilib.

Redaktor.az xəbər verir ki, "TəhsilPlus" kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb.

Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, millət vəkili Pərvin Kərimova, eləcə də ali təhsil müəssisələrinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan bu kimi təşəbbüslərin təhsil işçiləri üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tədbir çərçivəsində "TəhsilPlus" kartı barədə təqdimat keçirilib. Təqdimatda kartın təqdim etdiyi üstünlüklər, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib, həmçinin "TəhsilPlus" kartına dair videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, Gəncə-Daşkəsən regionu üzrə ilk tərəfdaşlardan olan “Referans” tibb mərkəzinin Gəncə filialı "TəhsilPlus" kart istifadəçilərinə 10% endirim təqdim edir. Bununla yanaşı, “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylardan etibarən "TəhsilPlus" kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmləri istifadəyə veriləcək.

Tədbirin gedişatında universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə "TəhsilPlus" kartları təqdim edilib.

Eyni gündə keçirilən ikinci tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş tutub. Tədbirdə Təhsilin İnkişafı Fondunun, "Kapital Bank"ın rəsmi nümayəndələri, Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin tabeliyində olan 6 rayon üzrə sektor müdirləri, region üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Mərasim zamanı sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə "TəhsilPlus" kartları təqdim olunub.

Qeyd edək ki, "TəhsilPlus" kartı Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri