Icma.az
close
up
RU
Məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid

Məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək. Əsas diqqət verilməli məsələ işin mahiyyətidir". Bu mövzuda fikirlərini bölüşən elm və təhsil naziri Emin Əmrullayev deyir ki, hazırda mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində iş görülür: "Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır. Mövcud statistika müəllimlərin 4-6 saat dərs yükü əsasında aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır. Eyni zamanda, müəllimin öz əməkhaqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi mexanizm də doğru deyil və dəyişdirilməlidir. Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil. Məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır. Hazırda "tamştat müəllim" anlayışı yalnız 30-36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30-36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18-24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə, sinifdənkənar işlər təşkil edə, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq var, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin haqqının ödənilməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək:

"Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək. Mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq. Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də müəllimin rifahını yüksəldək deyəndə, ilk növbədə, maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik".

E.Əmrullayev bildirib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan iki dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq: "Tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu, bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir. Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o, mənim üçün müəllim deyil. Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqı alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu, hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və şagirdlərə xidmət olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və öz qazancını məktəbin işindən üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir".

E.Əmrullayev qeyd edib ki, müəllimdən əsas gözlənti uşağa olan münasibətlə ölçülür: "Biz heç vaxt demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Misal üçün, müəllim hər gün bir uşağa 5 bal, digərinə 10 bal qazandırır. Bu, fəaliyyətin simvolik tərəfidir. Məktəb müəllimindən əsas gözlənti yüz faiz biliklə yox, uşağa olan münasibətlə ölçülür. Bizdə həyatını məktəbə və şagirdlərə həsr edən insanlar var. Məhz bu cür müəllimləri tapıb məktəbə qaytarmaq istəyirik".

Onun dediyinə görə, məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid nəzərdə tutulur. Məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır: "Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər".

Emin Əmrullayevin sözlərinə görə, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər:"Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə - sovet sistemindən miras qalmış "stavka" prinsipi ilə işləməyə davam edə bilər. Amma biz başa düşməliyik ki, bu sistem artıq köhnəlib və gələcəkdə davamlı ola bilməz. Hazırda təxminən hər dörd müəllimdən biri həftədə cəmi 13 saat dərs deyir. Yeni model müəllimin məktəbə daimi bağlılığını təmin edəcək və əməyin qiymətləndirilməsində əsaslı dönüş yaradacaq".

Nazir vurğulayıb ki, kənd məktəblərinə yaxşı müəllim göndərmək çətindir. Bəzi kənd məktəblərində musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var: "Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə də həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir. Bu baxımdan saat hesabı maaş sistemindən uzaqlaşmaq zəruridir. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla bu problem də həllini tapacaq".

Azərbaycanda 600 minə yaxın uşaq üçün məktəbəqədər təhsilə 2,7 milyard manat lazımdır. Bu vəsaitin gələn il üçün qarşılanması isə qeyri-realdır.

E.Əmrullayev sertifikasiya imtahanlarına da toxunub: "Gələn il 25 minə yaxın müəllim sertifikasiyaya cəlb ediləcək. Növbəti ildə ümumilikdə müəllimlərin əməkhaqqına əlavə üçün təxminən 213 milyon manat vəsait proqnozlaşdırılıb. İmtahandan keçə bilməyən müəllimlər 2027-ci ildə təkrar sertifikatlaşmaya cəlb olunacaqlar. Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimlərdən daha yüksək standartlar tələb etməliyik. Müəllimlərdən tələbləri azaldıb, təhsillə bağlı gözləntiləri artırmaq düzgün deyil".

Təhsil nazirinin sözlərinə əsasən, sertifikasiya prosesi nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Sertifikasiya prosesi başlayanda narahatlıqlar və suallar var idi: "Bu gün, demək olar ki, təhsilverənlər prosesi uğurla başa vurublar. Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi bir hissəsi əməkhaqqına 35 faiz, digərləri 10 faiz əlavə alır. Bu prosesin nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Bu, bizi sevindirir. Biz sistemimizdə üzərində işləyən, daha yaxşı təhsil verməyə can atan müəllimlərin yaratdığı müsbət dinamikanı görməkdən şadıq".

E.Əmrullayevəlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsilverənlərin yenə də şansı var: "2022-ci ildə sertifikasiyadan keçənlər 2027-ci ildə yenə bu prosesdən keçəcəklər. Biz kifayət qədər nikbinik".

Bu il 47 təhsil müəssisəsində tikinti-bərpa işləri başlayıb, 20-də tikinti başa çatıb. Ümumilikdə ölkədə 2003-2025-ci illərdə 3 min 600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub:"Bundan başqa, son beş ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Qarşıdakı 6-7 il ərzində isə qəzalı məktəb probleminin tamamilə həllini planlaşdırırıq".

E.Əmrullayev həmçinin bildirib ki, son beş ildə dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb: "Bu artımlar əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda təhsil xərclərinin ümumi daxili məhsuldakı (ÜDM) payının artım tendensiyası da davam edib. 2022-ci ildən bəri bu göstərici yüksəlməkdə davam edir və 2026-cı ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırılır".

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat ayrılması nəzərdə tutulur.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see417

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see282

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see228

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see227

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see211

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see207

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see199

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see196

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see193

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see189

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see187

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see180

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see177

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see174

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see169

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see167

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see166

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see164

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see163

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri