Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Məktəblərdə maliyyə savadlılığı şagirdlərə tədris olunmalıdır? EKSPERT FİKRİ

Məktəblərdə maliyyə savadlılığı şagirdlərə tədris olunmalıdır? EKSPERT FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Şagirdlərə iqtisadi biliklərin öyrədilməsi son illərdə daha çox müzakirə olunmağa başlayıb və dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda da məktəblərdə maliyyə savadlılığının tədrisi vacib hesab olunur. Gələcəyin iqtisadiyyatında uğur qazanmaq üçün tələb olunan əsas bacarıqlardan biri maliyyə savadlılığıdır. Bu sahə şəxsi büdcə idarəçiliyi, investisiya və sahibkarlıq kimi mövzuları əhatə edir. Məktəblərdə bu biliklərin öyrədilməsi şagirdlərə həyatlarında lazım olacaq praktiki biliklər qazandırmaqla yanaşı, onların öz gələcəklərinə daha sağlam bir əsas yaratmalarına kömək edər". Bu sözləri TİHA-nın sədri, təhsil eksperti Əmrah Həsənli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, şagirdlərə şəxsi büdcə idarəçiliyinin öyrədilməsi, onların gələcəkdə pul idarəetməsini effektiv şəkildə həyata keçirmələrinə imkan yaradacaq: "Bu dərslərdə əsas məqsəd, şagirdlərə gəlir və xərclər arasındakı əlaqəni başa salmaq, qənaət etməyi və öz maliyyə hədəflərini müəyyənləşdirməyi öyrətməkdir. Bu bacarıqlar, şagirdlərin böyüdükcə maliyyə stresslərini azaldacaq və onların özlərinə maliyyə hədəfləri qoymalarına yardım edəcək.
İnvestisiya sahəsində təhsil şagirdlərə riskləri və gəlirləri analiz etməyi öyrətmək, eyni zamanda onların uzunmüddətli maliyyə planlamasını formalaşdırmaq baxımından çox əhəmiyyətlidir. Şagirdlərə səhmlər, istiqrazlar, əmlak və digər investisiya növləri haqqında əsas biliklər verilməklə, gələcəkdə iqtisadi vəziyyətlərini gücləndirə biləcək maliyyə qərarları qəbul etmələrinə şərait yaranar.
Sahibkarlıq dərsləri isə şagirdlərə işqurma, biznes ideyalarını inkişaf etdirmə və idarəetmə bacarıqları qazandırır. Sahibkarlıq düşüncəsi, yaradıcı düşünmə və riskləri idarə etmə qabiliyyəti inkişaf etdirir. Bu, şagirdlərə yalnız öz işlərini qurmaqla bağlı deyil, həm də komanda işini, liderlik qabiliyyətlərini və əmək bazarında uğur qazanmaq üçün lazım olan digər bacarıqları öyrədir".

Ekspert bildirib ki, şagirdlərə maliyyə savadlılığı öyrədilməsi onların gələcəkdə maliyyə qərarlarını daha düzgün və məlumatlı şəkildə qəbul etmələrini təmin edir: "Sahibkarlıq və maliyyə bilikləri şagirdlərə öz bizneslərini qurmaq və ya mövcud şirkətlərdə effektiv işləmək üçün lazım olan bilikləri verir. Bu, daha çox iş yerlərinin yaranmasına və iqtisadiyyatda yeni təşəbbüslərin ortaya çıxmasına gətirib çıxara bilər. Məktəblərdə maliyyə savadlılığı dərslərinin tədrisi üçün müvafiq müəllimlər və tədris materialları lazımdır. Bəzi məktəblərdə bu cür resursların olmaması tədrisin keyfiyyətini azalda bilər. Xüsusilə dövlət məktəblərində tədris üçün infrastruktural problemlər mövcuddur. Bu dərslərin effektiv tədrisi üçün texnoloji avadanlıqlar və müasir tədris üsullarına ehtiyac var.

Şagirdlərin yaş səviyyələrinə və anlama qabiliyyətlərinə uyğun olaraq bu mövzuları başa salmaq bəzən çətin ola bilər. Gənc yaşda bu mövzuları öyrətmək, şagirdlərə çətin gələ bilər, buna görə də dərslərin məzmunu doğru şəkildə hazırlanmalıdır. Beynəlxalq təcrübə göstərir ki, maliyyə savadlılığına dair dərslər bir çox inkişaf etmiş ölkələrdə artıq məktəb proqramlarının bir hissəsi halına gəlib. Məsələn, ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə bu sahədə çoxsaylı tədris proqramları mövcuddur. Avstraliya 2014-cü ildən etibarən məktəblərdə iqtisadi və maliyyə təhsili verilməsini məcburi edib.

Məktəblərdə maliyyə savadlılığının tədrisi yalnız şagirdlərin iqtisadi biliklərini artırmaqla qalmır, həm də onların gələcəkdə uğurlu və məsuliyyətli vətəndaşlar kimi yetişmələrinə dəstək verir. Bu sahədə təhsil sisteminin gücləndirilməsi, gələcək nəsillərin daha sağlam iqtisadi qərarlar qəbul etməsinə imkan yaradacaq. Lakin bunun həyata keçirilməsi üçün doğru resurslar, təlimatçı və infrastruktura ehtiyac vardır. Nəticə etibarilə, maliyyə savadlılığı məktəb proqramlarına daxil edilməlidir, amma bu addımın həyata keçirilməsi mərhələli və diqqətli olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri