Icma.az
close
up
RU
Məktəblərdə şagirdlərə yenidən MARKA SATILACAQ?

Məktəblərdə şagirdlərə yenidən MARKA SATILACAQ?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bir zamanlar məktəblərdə marka satılırdı. 5-10 qəpik olan bu markaları şagirdlər həvəslə alırdı. Bu layihənin mahiyyəti isə uşaqlar arasında xeyriyyəçiliyi təşviq etmək idi. Yəni uşaqlıqdan insanlara dara düşənə, pis vəziyyətdə yaşayanlara əl tutmaq kimi nəcib hisslər aşılanırdı. Nəticədə hər bir şagird il ərzində bir neçə dəfə 5-10 qəpiyindən keçməklə xeyir əməllərə vəsilə olurdu.
Bundan başqa, məktəblilər özlərinin nimdaş geyimlərini məktəbdəki fonda təhvil verirdilər.
Həmin geyimlər də digər bölgələrdə ehtiyacı olan uşaqlara paylanardı.
Bir sözlə bir zamanlar məktəblərdə şagirdin kamil insan kimi yetişməsi üçün hər cür tədbirlər görülürdü. Təsadüfi deyil ki, bir zamanlar attestatın da maraqlı adı vardı- “Kamil attestat”. Bu da o demək idi ki, orta məktəbin vəzifəsi təkcə ali məktəb üçün savadlı abituryent yox, həm də cəmiyyət üçün kamil insan yetişdirməkdir.
Təəssüf ki, bu gün yanaşma dəyişib. İstənilən orta məktəbin fəaliyyətinə onun məzunlarının göstərdiyi nəticələrə görə qiymət verirlər. Məsələn, daha çox şagirdi tələbə adını qazanan məktəb təşviq və təqdir edilir.
Amma bu cür yanaşma doğru deyil.
Məsələn elə məktəb var ki, onun 10-15 məzunu şəhid olub, 50-60 məzunu qazi adını qazanıb. Belə məktəblər də örnək kimi göstərilsə, daha yaxşı olar. Axı, torpaqlarımızın işğaldan azad olunmasında məhz orta təhsilli insanların payı daha çoxdur...
Ona görə də orta məktəbdə şagirdlərə münasibətdə yanaşma dəyişməlidir. Hər bir məktəb çalışmalıdır ki, cəmiyyətə daha çox ləyaqətli, xeyirxah insan təqdim etsin. O adamların neçəsinin diplomu olması isə sadəcə təfərrüatdır.
Bu mənada keçmiş ənənələri dirçəltmək və yaşatmaq ən doğrusudur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Ceyhun Məmmədov məktəblərdə şagirdlərə marka satılmasını təqdir etmir:
“Amma yeniyetmələrə və gənclərə xeyirxahlığı aşılamaq vacibdir. Bunun üçün də təbliğatı gücləndirməliyik. Gənclərdə xeyirxah xüsusiyyətlərin formalaşması üçün bütün addımlar atılmalıdır.
Nəzərə alaq ki, xeyirxah insan, həm də vicdanlı vətəndaşdır. Gənclərimiz nə qədər xeyirxah və yardımsevər olsa, cəmiyyətimiz bundan daha çox fayda götürə bilər. Bunun üçün də məktəblərlə yanaşı ailələrdə də təşviqat işi genişləndirilməlidir. Müəyyən aksiyalar, tədbirlər keçirilə bilər ki, gənclər xeyirxahlığın nə qədər gözəl bir hiss olduğunu anlasınlar. Bunun üçün xeyirxah insanların həyat yolu də izlənilə bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri