Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Məktəblərdə din tədris olunmalıdır? ARAŞDIRMA

Məktəblərdə din tədris olunmalıdır? ARAŞDIRMA

Icma.az bildirir, Metbuat portalına istinadən.

Məktəblərdə dini təhsilin verilməsi məsələsi uzun illərdir cəmiyyətin diqqətindədir. Bir çoxları hesab edir ki, uşaqlar dini bilikləri ailədə deyil, məktəbdə öyrənməlidir.

Təhsil eksperti Sevinc Purkeştasib Metbuat.az-a açıqlamasında məktəblərdə dini dərslərin keçirilməsini yalnız “dinşünaslıq" elmi kimi tədris edilərsə, məqsədəuyğun olduğunu bildirib.

O qeyd edib ki, burada məqsəd şagirdlərə sadəcə dini öyrətmək deyil, həmçinin onların hansı dinə mənsub olduqlarını, dinlərin mahiyyətini və dinşünaslığın elmi əsaslarını anlamaqlarını təmin etməkdir:

“Dini şagirdlərə doğru və elmi şəkildə çatdırmaq vacibdir. İslam dini bizdən nə istəyir? Bizə nəyi tövsiyə edir? İnancımız nəyə əsaslanır? Bu suallara elmi əsaslarla cavab verilərsə, bir müsəlman ölkəsi olaraq müsbət nəticələr əldə edə bilərik. Əks halda dini dərslərin olmaması və ya düzgün tədris olunmaması gələcək nəsillərin öz dinləri haqqında məlumatsız olmalarına, nəticədə isə müxtəlif təriqətlərin, məsələn, vəhabilik və ya xurafatçılıq kimi təsirlərin altına düşmələrinə səbəb ola bilər. Amma şagirdlər öz dinlərini mükəmməl şəkildə bilmiş olsalar, onlar üçün artıq kənar müdaxilələr mümkün olmayacaq. Təəssüf ki, son zamanlar dinimizlə bağlı cəmiyyətdə yanlış təbliğat yayılır. Artıq elə bir fikir formalaşıb ki, İslam dininə olan inam artmaq əvəzinə azalır. Burada məsələ ondadır ki, ali təhsilli bir insan olaraq biz dinimizi tanıyırıq, onun bizə verdiyi mesajları anlayırıq. Amma bu biliklər, təəssüf ki, şagirdlər və ya bəzi insanlar üçün mövcud deyil. Nəticədə isə onlar dinlə bağlı yanlış düşüncələrə sahib olurlar. Çox vaxt müşahidə edirik ki, bəzi insanlar dini əllərində sanki oyuncaq alətə çeviriblər. Onlar özlərini dinə bağlı kimi göstərsələr də, əməlləri bunun əksini sübut edir. Bu da dindar insanlar arasında şübhə yaradır. Məsələn, hicablı bir qadın namaz qılır, oruc tutur, amma davranışlarında İslamın əsl mahiyyətinə uyğun olmayan hallar görünür. Bu da dini dəyərlərə zərər vurur”.

S.Purkeştasib məktəbyaşlı qızların hicab bağlamasına da münasibət bildirib:

“Digər tərəfdən, orta məktəblərdə, xüsusən Bakı kəndlərində çox vaxt 12-15 yaşlı qız uşaqları hicab taxırlar. Ancaq əksəriyyəti bunu ailə təzyiqi ilə edir və yalnız az bir qismi könüllü olaraq bu qərarı verir. Belə yaşda bir qız İslamı və hicabın mahiyyətini nə qədər dərk edə bilər ki, bu geyimin məsuliyyətini daşısın? Bu yaxınlarda belə bir hadisənin şahidi oldum: orta məktəbdə səkkizinci sinifdə oxuyan hicablı bir şagird qız var idi. Yanvar ayında onu sinifdə saçları açıq və fərqli bir tərzdə gördüm. Salam verəndə səsindən tanıdım. Səbəbini soruşduqda dedi ki, hicab onu sıxırmış, nəfəs ala bilmirmiş və həkim ona çıxarmağı tövsiyə edib. Bu da onu göstərir ki, hicabı ailə təzyiqi ilə başını bağlayıb və yetkinlik yaşına çatanda bu məcburiyyətə qarşı çıxa bilib. Hərəkətləri belə o qədər dəyişmişdi ki, sanki başqa biri idi”.

Məktəblərdə dinşünaslıq elminin də savadlı dinşünaslar tərəfindən tədris olunmasını tövsiyə edən ekspertin fikrincə, bunun müsbət nəticələri olacaq.

Təhsil eksperti Cahid İmanlı da eyni aspektdən yanaşaraq məktəblərdə dini təhsil vermək üçün ilk olaraq ali məktəblərdə bu istiqamət üzrə pedaqoji kadr yetişdirməyin vacibiyyətini vurğulayıb:

“Proses belə olmalıdır: orta məktəblərdə dini təhsilin keçirilməsinin vacibliyi konsepsiya şəklində əsaslandırılmalı, proqramı, məzmunu hazırlanmalı, ali məktəblərdə "Din təhsili" müəlllimi ixtisası üzrə tələbə qəbulu elan edilməlidir. Kifayət qədər kadr hazırlığından sonra orta məktəblərdə dini tədris həyata keçirilməlidir. Pedaqoji təhsili olmayan hansısa din xadiminin və digər təsadüfi şəxslərin məktəbdə dini təhsilə kadr kimi cəlb edilməsi qətiyyən yolverilməzdir”.

Ekspert qeyd edib ki, dərsliklərdə istər din, istərsə də milli-mənəvi dəyərlər haqqında kifayət qədər məlumat verilir:

“Ayrıca dini təhsil şagirdlərə əks təsir edə bilər, nəinki dünya görüşünu formalaşdıra, milli, ideoloji duyğuları artıra bilər, əksinə dini duyğuların ifrat dərəcəyə çatmasına gətirib çıxara bilər. Bu da istər ümumdünya dəyərlərinə, istərsə də milli dəyərlərə qətiyyən uyğun deyil”.

İlahiyyatçı Tural İrfan isə bildirib ki, orta məktəblərdə dini tədris yox, maarifləndirmə olmalıdır:

“Çünki ölkəmizdə tədris sistemi dünyəvidir. Yaxud digər dinlərin, konfessiyaların da nümayəndələri yaşayır, oxuyur. Həmçinin İslam dininin müxtəlif məzhəb və təriqətlərinə etiqad edən vətəndaşlar var. Əgər tədris olacaqsa, bu, hansı təcrübəyə əsasən həyata keçməlidir? İslam dini, yaxud ümumi dinlər üzrə vahid tədris konsepsiyası, proqramı, platforması varmı? Bu, dünyada müsəlman ölkələrininin ortaq problemidir. Çünki din parçalanıb, bir-birinə zidd, qarşılıqlı anlaşa bilməyən cərəyanlar yaranıb. Dünyada yeganə olaraq Azərbaycan İlahiyyat İnstitutudur ki, təhsili məzhəbüstü, ümumi İslam mövqeyindən verir. Yəni məktəb əksər müsəlman ölkələrindəki kimi təriqətçilik, məzhəbçilik üzərindən fəaliyyət göstərmir. Həmçinin İlahiyyat Kolleci də fəaliyyətdədir. Gələcəkdə əgər ehtiyac olarsa, onun şöbələri də açıla bilər”.

T. İrfanın sözlərinə görə, ölkədə dini təhsil ehtiyacını bu müəssisələr tam ödəyir və orta məktəblərdə dinin, yaxud dinlərin tədris olunmasına lüzum yoxdur:

“Fəqət uşaqları, şagirdləri dini bilgidən də nakam qoymaq olmaz. Xalqımızın min ildən artıq olan inancının əsaslarını, yaranma səbəblərini, hazırda hansı durumda olduğunu, ölkədəki din alimlərimizi, dini qurumların durumunu anladan maarifləndirici xarakterli vəsaitin olması zəruridir. Şagirdlərin hansı üsulda maarifləndirilməsinin yolunu da gərək mütəxəssislər müzakirə etsin. Bu gün orta məktəb şagirdləri arasında da ibadət edən, inanclılar kifayət qədərdir. Onlar dini haradan öyrənirlər? Müxtəlif mənbələrdən, sosial şəbəkələrdən, din xadimlərinin moizələrindən, valideynlərindən... Görəsən, doğrumu öyrənirlər? Bu, artıq düşündürücüdür. Bəlkə onun ailəsi mühafizəkar və radikal dini baxışa sahibdir. Bəlkə dinlədiyi xətib xarici təxribatçıdır? Bəlkə sosial şəbəkədə izləyib təbliğatına duyduğu mənbə ölkəmiz üçün qeyri-ənənəvi, təhlükəli mövqeyə sahibdir? Bunun üçün orta məktəbdə uşaqların dinə münasibətinin necə olması haqda məlumatlandırma olmalıdır. Bunun ilahiyyatçılar tərəfindən aparılması vacib deyil, tarix, yaxud psixologiya fənninin müəllimi də icra edə bilər. Uşaqları dini məlumat sarıdan ac buraxmaq sonradan ciddi fəsadlar verə bilər. Dinin tədris olunması başqa şeydir, vətəndaşların öz dinləri haqda dolğun məlumatlı olmaları tam başqa şeydir. Biz bunu deyirik. Gələcəkdə və elə indi radikal və mühafizəkar dini cərəyanların təsirinə düşməmək, aldanmamaq üçün vaxtında dolğun maarifləndirmə, məlumatlandırma olmalıdır”.

İlahiyyatçı qeyd edib ki, həmin maarifləndirmə proqramına dinlərlə yanaşı ateizm, deizm kimi inanc və inancsızlıqla əlaqəli digər fəlsəfi baxışlar da əlavə edilə bilər:

“Əvvəlcə izah edib, sonra seçim vermək lazımdır. Biz anlatmırıq, sonra da deyirik niyə səhv seçim etdilər? Uşaqların dünyaya baxışında, gələcəkdə həyatının mahiyyətini anlamaqda, yaşam hədəfinin müəyyən edilməsində qarşıya çıxacaq tərəddüdlərdən xilas olmaq üçün bu vacibdir. Orta məktəb uşaqlarının dinlə, yaxud ateizmlə tanışlığını sosial şəbəkələrin, məscid mollarının ümidinə buraxmaq olmaz. Heç olmasa, ən azı bir istiqamət olmalıdır. Şagird telefonuna hansısa din xadiminin çıxışını köçürüb onu dinləyir. Digəri də həmin din xadiminin əksinə danışan başqa birisini dinləyir və ona inanır. Uşaqlar din haqda məlumatı din xadimlərindənmi almalıdır? Din xadimləri də hərəsi bir məzhəb üzrədir. Bu problem təkcə bizim problemimiz deyil, ümumilikdə dünyada, bütün müsəlmanlar belədir. Bölünüblər. Sadəcə biz bu problemin milli birliyimizə, həmrəyliyimizə, tolerantlığımıza xələl gətirməsinin qarşını almaq üçün yollar axtarır, tədqiqatlar aparır, işlər görürük. Dövlət də lazımi addımlar atır. Azərbaycan İlahiyyat İnstitutu bunun bariz nümunəsidir. Yoxsa gedib xaricdə hərə bir məzhəb üzrə, hərə bir ölkənin din modelini mənimsəyib gəlirdi və aləmi qatırdı bir-birinə. İndi isə İlahiyyat Kolleci, İlahiyyat İnstitutumuz var, peşəkar, savadlı alim, müəllim potensialı da var. Getdikcə də inkişaf edəcək”.

T. İrfan təklif edib ki, bu universitetin alimləri və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri birgə olaraq orta məktəblər üçün dinlər, ateizm, deizm və fəlsəfi inanc sistemləri barədə ümumi məlumat verən bir proqram və vəsait hazırlamalıdır:

“Bəzən belə deyəndə bəziləri elə bilir ki, orta məktəblərdə şəriət dərsləri keçilməsi nəzərdə tutulur. Bu, elə deyil. Dünyəvi və hüquqi dövlətik. Orta məktəblərdə şəriət dərslərinin keçilməsinə də ehtiyac yoxdur. Onda bir qrup da deyə bilər ki, ateizm də keçilsin, çünki ən azı Sovetlər dönəmində 70 il bu ideologiya üzrə yaşamışıq. Fəqət dini tədrisə ehtiyac görmədən, dinlər, inanclar, ateizm, inancsızlıq kimi sahələrin ümumi məlumatlandırma sisteminə daxil edilməsi lazımdır. Ateizmin yayılması da əsasən insanların din haqda naqis məlumata sahib olmamaları ilə əlaqəlidir. Ateizmin vüsət alması ölkəmiz üçün xarakterik deyil. Əksərən inanclı çoxluğa qarşı inancsızlıq formasının meydana gəlməsi sanki yeni təriqətin meydana çıxması kimidir. Əqidə, inanc meydanında təlatümlər, fikir müharibələri yaratmağa ehtiyac yoxdur. Ənənəvi şəkildə ateizmin yayılmasını xurafatın, mövhumatın, dini radikalizmin, mühafizəkar dini baxışların yayılması qədər təhlükəli hesab edirəm”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see343

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see234

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see194

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see168

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see167

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see158

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see156

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see155

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see152

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see152

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see149

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see146

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri