Icma.az
close
up
RU
Məktəblərdə müəllimlərin iş rejiminə nəzarət mexanizmi olmalıdır TƏKLİF

Məktəblərdə müəllimlərin iş rejiminə nəzarət mexanizmi olmalıdır TƏKLİF

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mövcud əmək qanunvericiliyinə görə müəllimlər tam ştatla işə götürülür və onların maaşı tam ştat əsasında hesablanır. Sadəcə dərs saatları günün əvvəllərində bitdiyi üçün məktəbdə daha uzun müddət qalmırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
O bildirib ki, dünya təcrübəsində isə müəllimlərin zəif nəticə göstərən şagirdlərlə əlavə işləməsi, məktəbdə müəyyən müddət qalaraq fərdi və qrup dəstəyi göstərməsi geniş yayılıb:
"Müəllimlərin iş vaxtının genişləndirilməsi və bunun qarşılığında əlavə ödənişin verilməsi onların maaşının artmasına səbəb ola bilər. Bu halda şagirdlər daha keyfiyyətli hazırlaşa, əlavə məşğələlərə, konsultasiyalara və imtahan hazırlığına cəlb oluna bilərlər.
Qrup işi və fərdi dəstək şagirdlərin nəticələrinin yaxşılaşmasına imkan yaradır. Eyni zamanda müəllimlərin metodik işlərini, jurnal yazma prosesini və məktəbdaxili digər işləri daha sistemli aparmasına şərait yaradır. Müəllimlər məktəbdə daha çox olduqca kollektiv daxilində koordinasiya güclənir və bu da ümumi təhsil prosesinin effektivliyini artırır".
Ekspert deyib ki, qərarın mənfi tərəfləri də ola bilər:
"Əgər əlavə ödəniş nəzərdə tutulmazsa, bu müəllimlər üçün əlavə yük, yorğunluq və stres yaradacaq. Bu, onların pedaqoji fəaliyyətinə də mənfi təsir göstərə bilər. Müəllimlər ailə və şəxsi həyatlarına ayırdıqları vaxtı itirə bilərlər. Bununla belə digər sahələrdə işləyən insanlar da 8 saatlıq iş rejimində çalışırlar və bu baxımdan müəllimlər üçün tamamilə fərqli yanaşma gözləmək də doğru deyil".
Ekspertin sözlərinə görə, əsas məsələ müəllimlərin məktəbdə keçirdikləri əlavə vaxtın səmərəli təmin olunması və nəzarət mexanizminin düzgün qurulmasıdır:
"Əgər bu vaxt boş keçərsə və nəzarət zəif olsa, prosesin effekti azalacaq. Məktəb rəhbərliyi nəzarət mexanizmini gücləndirməli və iş prosesinin səmərəli təşkilinə cavabdeh olmalıdır.
Müəllimlərin iş vaxtının uzadılması yalnız o halda müsbət nəticə verə bilər ki, əlavə ödəniş təmin edilsin, əlavə saatlar real iş üçün istifadə olunsun və müəllimlərin iş yükü balanslaşdırılsın. Sistem düzgün qurularsa, bu addımlar təhsil prosesinə müsbət təsir göstərə bilər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri