Icma.az
close
up
RU
Məktəblərdə psixoloji dəstək PROBLEMİ

Məktəblərdə psixoloji dəstək PROBLEMİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Uşaqların psixoloji sağlamlığı cəmiyyətin gələcəyi ilə birbaşa əlaqəli məsələlərdən biri hesab olunur. Son illərdə məktəblərdə şagirdlərin emosional rifahının qorunması, zorakılıq hallarının qarşısının alınması, sosial bacarıqların inkişafı və psixoloji dəstəyin əlçatanlığının artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Bu çərçivədə məktəb psixoloqları ilə yanaşı, bəzi təhsil müəssisələrində fəaliyyət göstərən "məktəblinin dostu" layihəsi də şagirdlərin təhlükəsiz və sağlam məktəb mühitində təhsil almasına dəstək göstərməyi hədəfləyir.
Bununla belə, məktəblərdə göstərilən psixoloji xidmətlərin nə dərəcədə effektiv olduğu, şagirdlərin bu xidmətlərdən nə qədər yararlandığı və mövcud mexanizmlərin onların ehtiyaclarını tam qarşılayıb-qarşılamadığı zaman-zaman müzakirə mövzusuna çevrilir. Mütəxəssislər bildirirlər ki, uşaqların yaş xüsusiyyətləri, emosional inkişaf mərhələləri və ətraf mühitin təsiri onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Ailə problemləri, məktəbə adaptasiya çətinliyi, bullinq, akademik təzyiq, həmyaşıd münasibətləri, sosial media və digər amillər uşaqların psixoloji dəstəyə ehtiyac duymasına səbəb ola bilər.

Bəs məktəblərdə fəaliyyət göstərən psixoloqlar və "məktəblinin dostu" layihəsi şagirdlərin ehtiyaclarına nə dərəcədə cavab verir? Uşaqlar ən çox hansı hallarda psixoloji yardıma ehtiyac duyurlar? Uşaq psixologiyasını böyüklərin psixologiyasından fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Mövzu ilə bağlı suallarımızı sahə üzrə mütəxəssis cavablandırıb.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlama verib.

O, məktəblərdə 200-300 uşağa bir psixoloq düşməsinin daha məqsədəuyğun olduğunu bildirib:

“Məktəblərdə fəaliyyət göstərən “Məktəblinin dostu” və psixoloq fəaliyyəti tamamilə ayrı-ayrı sahələri əhatə edir. Məktəb psixoloqunun əsas işi və vəzifəsi uşaqların dərs prosesinə cəlb olunmasına kömək etmək, dərs prosesindəyaranan problemləri həll etmək, uşaqlarda olanbullinq, özgüvənsizlik, diqqət problemləri vədigər psixoloji çətinliklərin aradan qaldırılmasıistiqamətində fəaliyyət göstərməkdir.
Təəssüf ki, məktəb psixoloqlarının sayı az olduğuna görə onlar bu fəaliyyətlərini, yəni üzərlərinə düşən vəzifələri lazımi səviyyədə, tam istədiyimiz kimi həyata keçirə bilmirlər. Bir məktəbdə, məsələn, iki min şagird varsa, orada cəmi iki psixoloq fəaliyyət göstərir. Halbuki biz hər zaman bu məsələ ilə bağlı müraciətlər edirik ki, imkan daxilində ən azı 200-300 uşağa bir psixoloq düşməsi daha məqsədəuyğun olar. Necə ki, məktəblərdə müxtəlif fənlər üzrə müəllimlərin sayı çoxdur — məsələn, fizika müəllimi altı-yeddi nəfər, kimya müəllimi dörd-beş nəfər ola bilir — eyni şəkildə psixoloqların sayı da məktəblərdə kifayət qədər olmalıdır.
“Məktəblinin dostu” layihəsi isə əslində uğurlubir layihədir. Sadəcə olaraq, bəzən məktəb psixoloqunun fəaliyyətində müəyyən çətinliklər yarandıqda, "məktəblinin dostu" həmin prosesdə müəyyən yardım və dəstək göstərə bilər. Lakin valideynlər və uşaqlar bəzən "məktəblinin dostu"nu psixoloq kimi qəbul edə bilmirlər. "Məktəblinin dostu" da öz vəzifələrini müəyyənləşdirməkdə çətinlik yaşayırdı: yəni mənim əsas vəzifəm nədir, hansı işi həyata keçirməliyəm?
Mən düşünürəm ki, burada əsas məsələ say məsələsidir. Yəni həm "məktəblinin dostu"nun, həm də məktəb psixoloqlarının sayı kifayət qədər çox olmalıdır ki, onlar bir-birinə dəstək göstərə bilsinlər. Hər iki fəaliyyət məktəbdə çox vacibdir.
"Məktəblinin dostu" uşaqlara hansı məsələlərdə kömək edə bilər? Məsələn, şagirdin məktəbdə gündəlik müəyyən problemləri yarana bilər: dərsə gecikməsi, məktəbin girişində qalması, kitabını tapa bilməməsi və ya hər hansı narahatlığının olması. Belə hallarda "məktəblinin dostu" ona gündəlik məsələlərdə, bir növ kouç kimi dəstək göstərə bilər. Lakin uşaq psixoloji dəstəyə ehtiyac duyursa, onun əsas problemlərinin həlli ilə məktəb psixoloqu məşğul olur.
Məktəb psixoloqu uşağın diqqət problemlərini, sinif daxilindəki münasibətlərini, dərs prosesinə uyğunlaşmasını və digər psixoloji məsələləri araşdırır. Bu istiqamətdə onun rolu çox böyükdür.
Ümumiyyətlə, hər iki fəaliyyət məktəbdə pedaqoji prosesin vacib hissəsidir. Məktəb psixoloqu uşaqların psixoloji vəziyyəti ilə bağlı əvvəlcədən müəyyən bir xəritə hazırlayır, uşağın xarakteristikasını, mövcud problemlərini, ailədaxili münasibətlərini, risk qrupuna aid olub-olmadığını, ailənin tam və ya natamam olmasını və digər mühüm məqamları nəzərə alır.
Bütün bunlar məktəb psixoloqunun hazırladığı xəritədə öz əksini tapır. Daha sonra məktəblinin dostunun, müəllimlərin və rəhbərliyin müşahidələri əsasında uşağa uyğun psixoloji dəstəyi məktəb psixoloqu həyata keçirir”.

Müsahibimiz uşaqların daha çox bullinqə məruz qala, müxtəlif emosional və sosial çətinliklərlə qarşılaşa bildiklərini söyləyib:

“Uşaq psixologiyası yaş psixologiyasının ən mühüm sahələrindən biridir. Uşaq psixologiyası çox geniş bir dövrü əhatə edir və demək olar ki, uşaq psixoloqu ilə böyüklərlə çalışan psixoloq arasında böyük fərq var.
Böyüklər psixoloji dəstək aldıqda bəzən bir neçə seans kifayət edə bilər. Çünki böyüklər kənardan aldıqları dəstəklə, dostları ilə münasibətləri və şəxsi resursları ilə özlərinə müəyyən qədər kömək edə bilirlər. Lakin uşaqlarda bu proses fərqlidir.
Uşaqlar daha çox bullinqə məruz qala, müxtəlif emosional və sosial çətinliklərlə qarşılaşa bilərlər. Uşaq psixoloqu daha səbirli yanaşma tələb edən bir sahədə çalışır. Burada oyun terapiyasından, psixoloji testlərdən, konsultasiya və diaqnostika üsullarından geniş istifadə olunur”.

Nicat Rüstəmzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri