Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir Kamran Əsədov

Məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir Kamran Əsədov

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə məktəblilər arasında zorakılıq, bıçaqlanma və digər aqressiv davranış hallarının artması cəmiyyətdə narahatlıq doğurur və bir çox sualları gündəmə gətirir.

Bəs şagirdlərin aqressiv davranışları hansı səbəbdən çoxalıb?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu cür hadisələr yalnız fərdi problemlərin deyil, həm də ailə, məktəb və ümumilikdə cəmiyyət səviyyəsində olan sosial və psixoloji məsələlərin dərinləşməsinin göstəricisidir. Obub fikrincə, gənclər arasında artan aqressiya halı müasir dünyada qloballaşmanın, texnologiyanın təsiri, sosial bərabərsizlik və emosional çatışmazlıqlar kimi müxtəlif faktorların məhsuludur:

"Ailənin gənclərin davranışlarında oynadığı rol həlledicidir. Ailə, uşağın emosional və sosial inkişafının ilk təməlidir. Valideynlər uşaqlarına emosional dəstək vermədikdə və ya münaqişələrdə düzgün istiqamətləndirmədikdə, uşaqlar öz hisslərini idarə etməkdə çətinlik çəkir və bu, aqressiyaya çevrilə bilir. UNICEF-in son hesabatına görə, Azərbaycan ailələrinin yalnız 27%-i uşaqları ilə gündəlik ünsiyyət qurur. Bu, ailə daxilində uşağın hisslərinin ifadə olunması və düzgün yönləndirilməsi imkanlarının az olduğunu göstərir. Valideynlər tərəfindən diqqətin azlığı və ya münaqişələrin sərt həlli uşağın aqressiv davranışları model kimi qəbul etməsinə səbəb ola bilər.

Məktəblər isə gənclərin sosiallaşma mühitinin əsasını təşkil edir. Burada yalnız bilik ötürülmür, həm də sosial davranışlar və dəyərlər formalaşır. Ancaq Azərbaycanda məktəblərdə psixoloji xidmətlərin zəif olması bu problemi daha da dərinləşdirir. Statistik məlumatlara əsasən, ölkədə hər 300 şagirdə yalnız bir psixoloq düşür. Bu isə münaqişələrin vaxtında aşkarlanması və həlli üçün kifayət deyil. Müqayisə üçün, Norveçdə hər 100 şagird üçün bir psixoloq mövcuddur və bu sistem aqressiv davranışların erkən mərhələdə qarşısını almağa imkan verir. Azərbaycanda isə psixoloji dəstəyin çatışmazlığı, müəllimlərin sosial-emosional bacarıqların inkişafı ilə bağlı təlimlərdən keçməməsi vəziyyəti daha da çətinləşdirir".

K.Əsədov qeyd etdi ki, sosial media və texnologiyanın təsiri də diqqətdən kənar qala bilməz.

"Gənclər günün böyük bir hissəsini sosial mediada keçirir və çox vaxt zorakılığı təşviq edən və ya onu normal bir davranış kimi təqdim edən məzmunlarla qarşılaşırlar. ABŞ-də keçirilən bir araşdırmaya görə, şiddət məzmunlarına müntəzəm məruz qalan yeniyetmələrin 60%-i aqressiv davranışlara daha meyllidir. Azərbaycanda sosial medianın təsirini tənzimləmək üçün ciddi mexanizmlər yoxdur və bu, gənclər arasında aqressiyanın artmasına səbəb olur. Kiberzorakılıq halları isə real həyatda konfliktlərə çevrilir.

Sosial-iqtisadi amillər də gənclərin aqressiv davranışlarına təsir edən mühüm faktorlardır. Sosial bərabərsizlik, gənclərin təzyiq altında qalması və özlərini ifadə edə bilməməsi onların emosional vəziyyətini gərginləşdirir. BMT-nin Azərbaycan üzrə son hesabatına görə, ölkədə yeniyetmələrin 23%-i sosial təzyiq səbəbindən emosional stres yaşayır. Bu təzyiq gənclərin öz hisslərini aqressiv davranışlarla ifadə etməsinə səbəb ola bilər", - deyə həmsöhbətimiz bildirdi.

Ekspertin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, bu cür problemlərin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunur:

"Məsələn, Finlandiya məktəblərində “emosional tərbiyə” dərsləri keçirilməklə şagirdlərə konfliktlərin dinc yolla həlli və empatiya bacarıqları öyrədilir. Bu yanaşma nəticəsində Finlandiyada məktəblərdə zorakılıq halları 40%-ə qədər azalıb. ABŞ-də isə “Pozitiv Davranışların Dəstəklənməsi” proqramı tətbiq olunur ki, bu da məktəblərdə aqressiyanın və zorakılığın qarşısını almağa kömək edir. Bu proqram şagirdlərin davranış problemlərini həll etmək üçün pozitiv yanaşmalar təklif edir və onları mükafatlandırır.

Azərbaycanda isə bu cür yanaşmaların tətbiqi hələ də məhduddur. Təhsil proqramlarında konfliktlərin həlli və emosional intellektin inkişafı ilə bağlı mövzulara kifayət qədər yer verilmir. Şagirdlərə konfliktlərin dinc yolla həll edilməsi, öz emosiyalarını ifadə etmək və empatiya qurmaq kimi vacib bacarıqlar öyrədilmədikdə, onlar aqressiv davranışlara meylli olurlar.

Bütün bu problemlərin həlli üçün kompleks yanaşma tələb olunur. İlk növbədə, məktəblərdə psixoloji xidmətlər gücləndirilməlidir. Psixoloqların sayı artırılmalı və onlar şagirdlərin sosial-emosional problemlərini vaxtında müəyyən edə bilmələri üçün xüsusi təlimlərdən keçməlidirlər. Valideynlərə uşaqlarla düzgün ünsiyyət qurmaq və onların emosional ehtiyaclarını təmin etmək üçün maarifləndirici proqramlar təqdim olunmalıdır. Sosial medianın təsirini azaltmaq üçün zorakılığı təşviq edən məzmunların qarşısını almaq üçün nəzarət mexanizmləri qurulmalıdır.

Təhsil proqramlarına sosial və emosional bacarıqların inkişafına yönəlik mövzular daxil edilməlidir. Şagirdlərə münaqişələrin dinc yollarla həlli, empatiya və əməkdaşlıq bacarıqları öyrədilməlidir. Həmçinin, məktəblərdə müntəzəm olaraq zorakılığın qarşısını almaq məqsədilə seminarlar və diskussiyalar təşkil olunmalıdır".

K.Əsədov onu da qeyd etdi ki, son nəticədə, gənclər arasında aqressiv davranışların artması yalnız fərdi deyil, həm də cəmiyyət səviyyəsində müzakirə edilməli və həll yolları axtarılmalı bir problemdir.

"Bu problemi yalnız qanunlarla deyil, həm də sosial-emosional tərbiyəyə, təhsil islahatlarına və valideynlərin maarifləndirilməsinə yönəlik uzunmüddətli tədbirlərlə həll etmək mümkündür. Azərbaycanın gələcəyi gənclərin sağlam emosional və sosial inkişafına bağlıdır və bu istiqamətdə hərtərəfli fəaliyyət zəruridir", - deyə mərkəz rəhbəri vurğuladı.

Bənövşə HƏSƏN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri