Icma.az
close
up
RU
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir?

Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il sosial şəbəkələrdə təkrar-təkrar gündəmə gələn məsələlərdən biri də məktəb direktorlarının müəllimlər vasitəsilə valideynlərdən “təmir pulu” toplamasıdır. Halbuki dövlət büdcəsindən məktəblərin təmiri üçün kifayət qədər vəsait ayrılır. O zaman sual yaranır: ayrılan pullar hara yoxa çıxır ki, məktəblərdə hələ də bu cür yığım kampaniyaları davam edir?

Problemin köklü şəkildə həll olunacağına dair illərdir verilən vədlərə baxmayaraq, vəziyyət dəyişmir. Adı rüşvət və qanunsuz yığımlarda hallanan direktor işdən çıxarılır, lakin onun yerinə gələn yeni rəhbər də eyni siyasəti davam etdirir. Cəmiyyət haqlı olaraq soruşur: bu məsələ nə zaman həllini tapacaq və məktəblərdə valideynlər üzərindən süni maliyyə yükünə son qoyulacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəblərdə təmir pulu yığılmasını əslində təhsil sisteminin idarə olunmasında mövcud olan maliyyə və nəzarət boşluqlarının nəticəsi kimi dəyərləndirir:

"Apardığım təhlillər göstərir ki, dövlət hər il təhsil sahəsinə böyük həcmdə vəsait ayırsa da, yerli səviyyədə bu vəsaitlərin istifadəsi üzərində kifayət qədər şəffaf və davamlı nəzarət mexanizmləri mövcud deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,6 milyard manat olub və bunun içində məktəblərin tikintisi, əsaslı və cari təmiri üçün yüz milyonlarla manat ayrılıb. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.1-ci maddəsində göstərilir ki, ümumi təhsil müəssisələrinin saxlanılması, o cümlədən onların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin vəzifəsidir. Həmçinin “Büdcə sistemi haqqında” Qanunda bu vəsaitlərin səmərəli istifadəsinə dövlət orqanlarının məsuliyyəti qeyd olunub.

Lakin real mənzərə göstərir ki, bir çox hallarda məktəb direktorları valideynlərdən təmir adı ilə pul toplayır və bu, ictimai narazılıq yaradır. Buradakı əsas problem ondan ibarətdir ki, mərkəzləşdirilmiş büdcə vəsaitləri məktəblərə birbaşa və şəffaf şəkildə çatmır, tender mexanizmlərində bəzən ləngimələr olur, kiçik xərclərin təminatı isə formal olaraq məktəb rəhbərlərinin üzərinə düşür. Bu vəziyyət direktorları qeyri-rəsmi yollara əl atmağa vadar edir. Amma bu hal qanunsuzdur və nəticədə ictimai güvən pozulur. Mənfi tərəf ondan ibarətdir ki, direktorların işdən azad olunması yalnız şəxslərin dəyişməsi ilə nəticələnir, amma sistemdəki idarəçilik boşluqları həll olunmadığı üçün yeni təyin edilən rəhbərlər də eyni siyasəti davam etdirir".

Ekspert əlavə etdi ki, son illərdə Elm və Təhsil Nazirliyi məktəblərin təmiri və tikintisini mərkəzləşdirilmiş şəkildə nəzarətə götürüb:

"2020–2024-cü illərdə ölkədə 400-dən çox məktəb əsaslı təmir olunub, 150-yə yaxın yeni məktəb binası tikilib. Bu, dövlətin təhsilə diqqətinin artdığını və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm irəliləyiş olduğunu göstərir. Nazirliyin bu istiqamətdə gördüyü işlər xüsusilə regionlarda müasir standartlara cavab verən məktəb binalarının istifadəyə verilməsi ilə nəticələnib. Bununla belə, problemlərin tam həlli üçün daha köklü islahatlara ehtiyac var".

Müsahibimiz vurğuladı ki, əgər ayrılan vəsaitlərin hər bir məktəb üzrə icrası ictimaiyyətə açıq elan edilsə, direktorların təmir pulu toplamasına ehtiyac qalmayacaq.

"Eyni zamanda valideyn komitələrinin səlahiyyətləri genişləndirilsə və real monitorinq mexanizmi tətbiq olunsa, şəffaflıq artacaq. Nə dəyişməlidir məsələsinə gəldikdə, əsasən idarəetmə və hesabatlılıq sistemi köklü şəkildə yenilənməlidir. Bu istiqamətdə nazirliyin müsbət addımı elektron idarəetmə sistemlərinin tətbiqinə başlamasıdır. Əgər gələcəkdə hər bir məktəbin maliyyə xərcləri onlayn rejimdə ictimaiyyətə açıq olarsa, valideynlərdən qeyri-rəsmi pul yığımı praktikasına son qoyulacaq.

Beləliklə, məktəblərdə təmir pulu problemi mövcud olsa da, dövlətin və nazirliyin bu sahədə atdığı addımlar müsbət qiymətləndirilə bilər. Nazirliyin gördüyü işlər nəticəsində yeni məktəblərin istifadəyə verilməsi, köhnələrin əsaslı təmiri təhsil sisteminin inkişafına ciddi təsir göstərir. Ancaq problemin tam aradan qalxması üçün şəffaflıq və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi, həmçinin direktorların maliyyə öhdəliklərinin qanun çərçivəsində aydın şəkildə müəyyən olunması vacibdir. Bu istiqamətdə atılacaq davamlı islahatlar sayəsində uzun illərdir müzakirə edilən təmir pulu problemi tarixin arxivinə çevrilə bilər", - deyə Kamran Əsədov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri