Məktəblərdə qaydalar dəyişdirildi, təhlükəsizlik tədbirləri gücləndirildi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərə edilən silahlı hücumlarından sonra təhsil müəssisələrində təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib və dərslər bu gündən bərpa olunub.
“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin təhsil naziri Yusuf Tekin bildirib.
O, sosial media hesabında yazıb ki, uşaqların təhlükəsizliyi məsələsində heç bir güzəştə yol verilməyəcək.
“Övladlarımızın təhlükəsizliyi ilə bağlı ən kiçik güzəştə belə getməyəcək. Təhsil sistemi qarşısında əsas vəzifə şagirdlərin təhlükəsiz mühitdə təhsil almasını təmin etməkdir”, - nazir paylaşımında bildirib.
Bununla yanaşı, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən məktəblərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Polis əməkdaşlarının məktəblərdə xidmətini davam etdirdiyi bildirilir.
Məktəb rəhbərlikləri tərəfindən valideynlərə təqdim edilən yeni qaydalara əsasən, şagirdlərin yalnız məktəb forması ilə dərsə gəlməsi məcburi edilib. Məktəb ərazilərinə giriş-çıxışlar ciddi nəzarətə götürülüb, valideynlərin isə məktəb həyətinə daxil olmasına məhdudiyyət qoyulub.
Yeni qaydalara əsasən, dərs saatlarında məktəblərə kənar şəxslərin daxil olması da qadağan edilib. Valideynlər yalnız əvvəlcədən razılaşdırılmış vaxt əsasında və şəxsiyyət vəsiqəsi təqdim etməklə məktəbə daxil ola biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 Aprel 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















