Ordu küçələrə çıxarıldı, təhlükəsizlik tədbirləri gücləndirildi
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtar şəhərində davam edən miqrasiya böhranı fonunda təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.
“Yeni Sabah” xəbər verir ki, son günlər Mərakeşdən kütləvi miqrant axını ilə üzləşən şəhərin əsas ərazilərinə hərbi qulluqçular, polis və Mülki Qvardiya əməkdaşları yerləşdirilib.
Məlumata görə, zirehli texnika və hərbi patrullar şəhərin mərkəzi meydanlarında, liman ətrafında, yanacaqdoldurma məntəqələrində, əsas küçələrdə və nəqliyyat qovşaqlarında növbə çəkirlər. Hüquq-mühafizə orqanları şübhəli bilinən şəxslərin sənədlərini yoxlayır, şəxsiyyətlərini müəyyənləşdirir, həmçinin insanların sıx toplaşa biləcəyi məkanların mühafizəsini gücləndirirlər. pizza hut
İspaniya hökuməti yerli təhlükəsizlik qüvvələrinin yaranmış vəziyyəti təkbaşına idarə etməkdə çətinlik çəkməsi səbəbindən ordu bölmələrinin də cəlb olunmasına qərar verib. Rəsmi Madrid miqrasiya axınının nəzarət altına alınması üçün əlavə tədbirlərin davam etdirildiyini bildirir.
Qeyd edək ki, iyulun 30-da qısa müddət ərzində on minlərlə miqrant Mərakeşdən Seutaya piyada və dəniz yolu ilə keçməyə cəhd edib. İspaniya rəsmilərinin məlumatına görə, sonradan onların böyük hissəsi könüllü şəkildə Mərakeşə geri qayıdıb. Hadisələr zamanı onlarla insanın həlak olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 Avqust 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















