Icma.az
close
up
RU
12 oyunda 13, bir oyunda 3 sarı vərəqə “Qarabağ”ın gözü “Ayaks”dan başqa heç nəyi görmür!

12 oyunda 13, bir oyunda 3 sarı vərəqə “Qarabağ”ın gözü “Ayaks”dan başqa heç nəyi görmür!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” premyer-liqanın cari mövsümündə ən intizamlı komandadı. Ağdam klubunun futbolçuları indiyə qədər bircə dəfə də meydandan qovulmayıb. “Qarabağ”la yanaşı, bir də “Karvan-Yevlax” və “Sabah” belə göstərici ilə öyünə bilər. Sarı vərəqələrin sayına gəlincə, çempionla başqaları arasında açıq-aşkar uçurum var. “Qarabağ”ın oyunçuları “Zirə” ilə qarşılaşmaya qədər 13 sarı vərəqə görmüşdü. Bu gün isə birdən-birə üç futbolçu – Abdulla Zubir, Xoni Montiel və Marko Yankoviç eyni şəkildə cəzalandı. Həmişə təmkinli görünən kapitanın 86-cı dəqiqədə Hacıağa Hacılını itələyərək yerə sərdiyini gördüz?! Əcəba, bu qədər gərginliyin səbəbi nədi?
Oyunun məzmunundan danışmayacam. Amma görünən odu ki, Qurban Qurbanov 66-cı dəqiqədə Zubir, Cəfərquliyev, Addai və Axundzadəni oyuna qoşandan sonra da məzmun dəyişikliyinə nail ola bilmədi. Məni narahat edən bu heç-heçə yox, başqa məqamdı. “Qarabağ”ın məşqçi və oyunçu heyətinin indidən “Ayaks”la oyunun ab-havasına girdiyi açıq-aşkar görünür, hərəkət və davranışlardakı narahatlıq, əsəbilik və gərginliyin yeganə səbəbi budu. Yoxsa həmişəki “Zirə” idi də, nə olmuşdu ki... Düzünü deyim ki, indiki durum məni əməllicə narahat edir. Əlbəttə, “Qarabağ” dekabrın 10-da taleyüklü oyun keçirəcək, Çempionlar Liqasında ilk 24 komanda arasına düşmək perspektivi məhz həmin qarşılaşmanın nəticəsindən asılıdı. Amma bunca gərgin olmağa nə hacət? Belə aşırı gərginliyin pis tərəfi – “yanmaq” ehtimalı da var. Qalan dörd gündə Qurban bəyin qarşısında duran əsas vəzifə futbolçularını “zavod sazlamalarına qaytarmaqdı”. Yoxsa bu yükün, daha doğrusu, “Ayaks”la oyunun gərginliyinin altından çıxmaq çətin olacaq. Mən yazdım, siz də bunu bir tərəfə qeyd edin. Həlledici anda gərgin olmaq səhv qərarlara, çox parlaq görünən pley-off perspektivini “baltalamağa” səbəb ola bilər. Sakitləşin, dostlar, sakitləşin! Bütün ölkə sizdən xoş xəbər gözləyir!
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Dekabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri