Məktəblərdə şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəbləri açıqlanıb
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəblərindən biri də müəllimlərin uşaqlara münasibətdə onların yaşına müvafiq olaraq psixoloji durumunu nəzərə almaması ilə bağlıdır.
Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, bu baxımdan, müəllim-şagird münasibətlərinin tənzimlənməsində psixoloqların müəllimlərlə və valideynlərlə əməkdaşlığı önə çəkilməli, təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından müdafiə etmək, zərərli vərdişlərdən çəkindirmək, şagirdlərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etməklə onlarla müvafiq profilaktik işin aparılması zəruridir.
Ümumiyyətlə, qeyd olunan problemlərin həllində, uşaqlarda yarana biləcək hər hansı psixoloji gərginlik halının qarşının alınmasında məktəb psixoloqlarının rolu xüsusi vurğulanmalı, təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir.
Həmçinin sənəddə yer alan məlumata əsasən, hazırkı vaxtadək öz həllini tapmayan məsələlərdən biri də tədris prosesində istifadəsi tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınmasıdır. Məlum olduğu kimi, orta təhsil İcbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir. Odur ki, dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də şagirdlərə dövlət hesabına verilməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 03 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















