Məktəblərdə şagirdlər arasında keçiriləcək müsabiqənin qaydaları açıqlandı
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Bu barədə Qaynarinfo-ya Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.
Bildirilib ki, müsabiqə şagirdlər arasında sinifdaxili, siniflərarası və məktəblərarası rəqabətin formalaşdırılmasına da xidmət edir.
Müsabiqə 2025-ci ilin noyabrından başlayacaq və 8 ay davam edəcək. İki mərhələdən ibarət olan yarışmanın birinci mərhələsi virtual formatda, final mərhələsi isə əyani şəkildə keçiriləcək.
I mərhələdə hər məktəbdə "BilBacar” koordinatoru təyin ediləcək. Şagirdlər xüsusi platforma vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq "Hazırlıq” və "Yarış” bölmələrində bacarıqlarını yoxlayacaqlar. "Yarış” mərhələsi koordinator nəzarəti ilə aparılır və hər düzgün cavaba 10 bal verilir.
II mərhələdə isə birinci mərhələnin nəticələri sıfırlanaraq, əyani final keçiriləcək və qaliblər mərkəzləşdirilmiş şəkildə müəyyən olunacaq.
Müsabiqənin sonunda "Yüksək iştirakçılıq” və "Yüksək nəticə” nominasiyaları üzrə məktəblər və siniflər qiymətləndiriləcək, qalib şagird və məktəblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Noyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















