Icma.az
close
up
RU
Məktəblərdə saxta “əlaçı” qalmaqalı? 513 məzunun nəticəsi şok yaratdı

Məktəblərdə saxta “əlaçı” qalmaqalı? 513 məzunun nəticəsi şok yaratdı

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 bal aralığı nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0-100 bal aralığı nəticə qazanıb. Bu qanunsuzluğa hansı məktəb direktoru göz yumub və hansı səbəbdən?”

Bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki,  həmin statistik göstəricilər Dövlət İmtahan Mərkəzinin 13-cü saylı abituriyent jurnalına əsaslanır. Ekspert ümumi təhlilləri araşdırarkən bu məqamın diqqətini çəkdiyini qeyd edib:

“Belə ki, imtahan verən məzunlar arasında 513 nəfər əlaçı olmasına baxmayaraq, onların nəticələri 0-200 bal aralığında olub. Daha diqqətçəkən məqam isə odur ki, həmin şagirdlərdən 9 nəfəri ümumiyyətlə 0-100 bal aralığında nəticə göstərib. Bu vəziyyət haqlı olaraq sual yaradır: əgər bu şagirdlər əlaçıdırsa, necə olur ki, qəbul imtahanında bu qədər aşağı nəticə əldə edirlər?” Toyuqlu pizza

E. Əfəndinin sözlərinə görə, belə hallarda müxtəlif ehtimallar ortaya çıxır:

“Ola bilər ki, məktəbdaxili qiymətləndirmə obyektiv aparılmayıb, qiymətlər şişirdilib və ya digər təsirlər mövcud olub. Hətta bəzi hallarda valideynlərin məktəbdə işləməsi və ya müxtəlif əlaqələrin qiymətləndirməyə təsir etməsi barədə şübhələr də yaranır. Mənim fikrimcə, bu məsələ mütləq araşdırılmalıdır. Dövlət İmtahan Mərkəzində məzunların hansı məktəblərdən olduqları barədə məlumatlar mövcuddur”.

Ekspert vurğulayıb ki, buna görə də aidiyyəti qurumlar həmin məktəbləri araşdırmalı, qanunsuzluqlara yol verən şəxslər müəyyən edilərsə, onlar barəsində ciddi tədbirlər görülməlidir:

“Məktəbdə verilən qiymətlər şagirdin real bilik səviyyəsini əks etdirməlidir. Qiymətlər formal və ya şişirdilmiş olmamalıdır. Əgər bir şagirdə bütün fənlərdən "5" yazılırsa, lakin o, imtahanda çox zəif nəticə göstərirsə, bu, qiymətləndirmə sistemində problem olduğunu göstərir. Ana dilini belə minimum səviyyədə bilməyən bir şagirdə ən yüksək qiymətin verilməsi ciddi suallar doğurur. Bu səbəbdən də belə hallar diqqətlə araşdırılmalı və qiymətləndirmədə şəffaflıq təmin edilməlidir”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri