Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Məktəblərdə saxta “əlaçı” qalmaqalı?

Məktəblərdə saxta “əlaçı” qalmaqalı?

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 bal aralığı nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0-100 bal aralığı nəticə qazanıb. Bu qanunsuzluğa hansı məktəb direktoru göz yumub və hansı səbəbdən?

Bakupost.az xəbər berir ki, bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Elçin Əfəndi həmin statistik göstəricilər Dövlət İmtahan Mərkəzinin 13-cü saylı abituriyent jurnalına əsaslandığını bildirib.

Ekspert ümumi təhlilləri araşdırarkən bu məqamın diqqətini çəkdiyini qeyd edib:

“Belə ki, imtahan verən məzunlar arasında 513 nəfər əlaçı olmasına baxmayaraq, onların nəticələri 0-200 bal aralığında olub. Daha diqqətçəkən məqam isə odur ki, həmin şagirdlərdən 9 nəfəri ümumiyyətlə 0-100 bal aralığında nəticə göstərib. Bu vəziyyət haqlı olaraq sual yaradır: əgər bu şagirdlər əlaçıdırsa, necə olur ki, qəbul imtahanında bu qədər aşağı nəticə əldə edirlər?”

E. Əfəndinin sözlərinə görə, belə hallarda müxtəlif ehtimallar ortaya çıxır:

“Ola bilər ki, məktəbdaxili qiymətləndirmə obyektiv aparılmayıb, qiymətlər şişirdilib və ya digər təsirlər mövcud olub. Hətta bəzi hallarda valideynlərin məktəbdə işləməsi və ya müxtəlif əlaqələrin qiymətləndirməyə təsir etməsi barədə şübhələr də yaranır. Mənim fikrimcə, bu məsələ mütləq araşdırılmalıdır. Dövlət İmtahan Mərkəzində məzunların hansı məktəblərdən olduqları barədə məlumatlar mövcuddur”.

Ekspert vurğulayıb ki, buna görə də aidiyyəti qurumlar həmin məktəbləri araşdırmalı, qanunsuzluqlara yol verən şəxslər müəyyən edilərsə, onlar barəsində ciddi tədbirlər görülməlidir:

“Məktəbdə verilən qiymətlər şagirdin real bilik səviyyəsini əks etdirməlidir. Qiymətlər formal və ya şişirdilmiş olmamalıdır. Əgər bir şagirdə bütün fənlərdən "5" yazılırsa, lakin o, imtahanda çox zəif nəticə göstərirsə, bu, qiymətləndirmə sistemində problem olduğunu göstərir. Ana dilini belə minimum səviyyədə bilməyən bir şagirdə ən yüksək qiymətin verilməsi ciddi suallar doğurur. Bu səbəbdən də belə hallar diqqətlə araşdırılmalı və qiymətləndirmədə şəffaflıq təmin edilməlidir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri