Məktəblərdə telefonla bağlı radikal qərar qəbul edilir
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çexiya hökuməti məktəblərdə mobil telefon və digər elektron rabitə vasitələrinin istifadəsini qadağan etməyə hazırlaşır.
"Yeni Sabah" xəbər verir ki, Baş nazir Andrey Babiş və təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsinə əsasən, uşaq bağçalarında, ibtidai və orta məktəblərdə, eləcə də çoxillik liseylərdə mobil telefonlardan istifadə qadağan ediləcək. Qadağa təkcə dərs saatlarını deyil, tənəffüsləri və məktəbdənkənar proqramları da əhatə edəcək.
Bununla yanaşı, tibbi səbəblərə və ya xüsusi təhsil ehtiyaclarına görə elektron cihazlardan istifadə etməli olan şagirdlər yeni qaydalardan azad ediləcək. Sezar pizza
Uşaq Hüquqları üzrə Ombudsman Martin Beneş isə təklifə etiraz edərək məktəblərin telefon istifadəsini daxili qaydalar əsasında tənzimləmək səlahiyyətinə malik olduğunu bildirib.
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində məktəblərdə mobil telefon istifadəsi ilə bağlı məhdudiyyətlər artıq tətbiq olunur. Fransa, Hollandiya, Yunanıstan, Avstriya, Belçika, İsveç və İtaliyada da şagirdlərin telefon istifadəsinə müxtəlif səviyyələrdə qadağalar qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















