Icma.az
close
up
RU
Məktəblərdə təmayül tədrisi BAŞLAYIR Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR Repetitorluğa son qoyulacaq?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

2026–2027-ci tədris ilindən etibarən paytaxtın 31 ümumi təhsil müəssisəsində təmayül tədrisi üzrə məktəblər fəaliyyətə başlayacaq. Məqsəd şagirdlərə seçdikləri istiqamət üzrə daha dərin bilik vermək və ali məktəbə hazırlığı məktəb daxilində gücləndirməkdir. Son illər Azərbaycanda məktəblərin ali təhsil müəssisələrinə hazırlıq baxımından yetərli olub-olmaması və abituriyentlərin repetitora ehtiyacının olması  tez-tez müzakirə olunur. İndi isə bu problemi həll etməsi gözlənilən yeni model tətbiq edilir.
Bəs bu model repetitorluğa ehtiyacı azalda biləcəkmi? Niyə layihə bütün məktəbləri əhatə etmir?
Bizim.Media məsələ ilə bağlı təhsil eksperti Əmrah Həsənlinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, repetitorluğa tələbatın azalacağını indidən qəti şəkildə demək mümkün deyil:
“Bu model təhsil sistemində müsbət dəyişiklik yaratmaq potensialına malikdir. Çünki məqsəd X–XI siniflərdə şagirdlərin ali məktəblərə hazırlığını məktəbin özündə daha sistemli şəkildə təşkil etmək, əlavə hazırlıq kurslarına ehtiyacı minimuma endirməkdir. Modelin əsas fəlsəfəsi də məhz məktəbin akademik funksiyasını gücləndirməkdir.
Lakin repetitorluğun azalacağını indidən qəti şəkildə söyləmək doğru olmaz. Azərbaycanda repetitorluğun yaranmasının əsas səbəbi yalnız məktəbdə dərs saatlarının azlığı deyil. Burada ali məktəblərə qəbul sistemi, valideynlərin yüksək nəticə gözləntisi, müəllim hazırlığının səviyyəsi, siniflərin sıxlığı və məktəblər arasında keyfiyyət fərqləri də mühüm rol oynayır.
Yeni model çərçivəsində təmayül fənləri üzrə dərslər qəbul proqramına tam uyğun qurularsa, peşəkar müəllimlər cəlb olunarsa, mütəmadi sınaq imtahanları keçirilərsə və şagirdin fərdi inkişafı izlənilərsə, o zaman repetitora ehtiyac əhəmiyyətli dərəcədə azala bilər. Əks halda valideynlər yenə də əlavə hazırlığa üstünlük verəcəklər”.
Ə.Həsənli modelin ilkin mərhələdə cəmi 31 məktəbdə tətbiq olunmasını normal hesab edir.
Onun fikrincə, təhsil sistemində belə genişmiqyaslı islahatların əvvəlcə pilot layihə kimi həyata keçirilməsi daha məqsədəuyğundur:
“Bu, tətbiq zamanı ortaya çıxan problemlərin müəyyən edilməsinə, nəticələrin qiymətləndirilməsinə və model təkmilləşdirildikdən sonra mərhələli şəkildə genişləndirilməsinə imkan yaradır. Rəsmi məlumatlara görə, bu model əvvəlki mərhələdə məhdud sayda məktəbdə tətbiq edilib və əldə olunan nəticələr nəzərə alınaraq əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır”.
Ekspert bildirir ki, bu imkan uzun müddət yalnız Bakı məktəblərində saxlanılarsa, şəhər və region məktəbləri arasında təhsil fərqinin dərinləşməsi riski yarana bilər:
“Rayon məktəblərində oxuyan istedadlı şagirdlər də eyni keyfiyyətli təhsil imkanına malik olmalıdırlar. Təhsil siyasətində əsas prinsip bərabər imkanların təmin edilməsidir. Buna görə də model uğurlu nəticə verərsə, növbəti mərhələdə regionlarda da tətbiqi sürətləndirilməli, müəllim hazırlığı, maddi-texniki baza və akademik resurslar paralel şəkildə gücləndirilməlidir.
Hesab edirəm ki, yeni təmayül modeli düzgün icra olunarsa, məktəbin nüfuzunu artıracaq, şagirdlərin qəbul imtahanlarına hazırlığını məktəb daxilində daha keyfiyyətli təşkil edəcək və repetitorluqdan asılılığı müəyyən qədər azaldacaq. Ancaq bunun üçün modelin yalnız seçilmiş məktəblərlə məhdudlaşmaması, ölkə üzrə mərhələli və bərabər şəkildə genişləndirilməsi əsas şərtlərdən biridir”.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına əsasən yeni təmayül tədris modelinin tətbiqinə paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə başlanılacaq.
Xədicə Paşayeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri