Icma.az
close
up
RU
Məktəblərdə valideyn komitəsinə ehtiyac varmı? SORĞU

Məktəblərdə valideyn komitəsinə ehtiyac varmı? SORĞU

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Valideyn komitəsi məktəbdə şagirdlərin təhsil və tərbiyəsi ilə bağlı məsələlərin müzakirəsini, məktəb və ailə arasında əlaqənin gücləndirilməsini təmin edən struktur olaraq fəaliyyət göstərir. Bu qurum sinif valideynlərini bir araya gətirir, məktəbdəki tədbirlər, şagirdlərin davranışı, təhlükəsizlik və digər məsələlərlə bağlı fikirləri toplamaq və məktəb rəhbərliyi ilə paylaşmaqla məşğuldur. Zaman-zaman isə valideyn komitəsinin fəaliyyəti ətrafında mübahisələr də yaşanır.

Bəzi valideynlər hesab edir ki, komitə məktəb idarəçiliyinə lazımsız müdaxilə edir, bəzi məsələlərdə əlavə yük yaradır. Digərləri isə valideyn komitəsini məktəb və ailə arasında əhəmiyyətli körpü kimi görür və mövcudluğunu vacib sayır. Beləliklə, məktəblərdə valideyn komitəsinə ehtiyac olub-olmaması məsələsi müzakirə predmeti olaraq qalır.

Redaktor.az övladları məktəbdə oxuyan valideynlər arasında sorğu keçirib:

İbtidai sinif şagirdinin valideyni hesab edir ki, valideyn komitəsi müəllimlərin iş yükünü azaldır, məktəbdə tədbirlərin təşkilinə kömək edir və valideynlərlə məktəb arasında əlaqəni gücləndirir.

Əks düşüncələri olan valideyn isə bildirir ki, komitə üzvü bəzən özünü digər valideynlərdən üstün tutur və müəllim onun övladına digərlərindən fərqli yanaşa bilər. Bu səbəbdən onun fikrincə, komitəyə ehtiyac yoxdur.

Aygün Məmmədova qeyd edib ki, ibtidai siniflərdə valideyn komitəsi lazımdır, çünki ibtidai siniflərdə uşaq çoxdur, müəllim isə tək. Müəllimlər tədbirlərin təşkili zamanı çətinliklərlə üzləşirlər və komitə bu işdə onlara dəstək olur.

Övladı 8-ci sinifdə oxuyan başqa bir valideyn isə hesab edir ki, orta və yuxarı siniflərdə valideyn komitəsinə ehtiyac yoxdur. Onun fikrincə, böyük uşaqlar özlərini idarə edə bilir və komitənin fəaliyyəti burada artıqdır, bəzən isə üzvlər özlərini üstün görərək ədalətsizliyə səbəb olurlar.

Səbuhi Əliyev isə bildirdi ki, valideyn komitəsi yalnız müəllim üçün pul yığmaqla məşğuldur: "Müəllimlər Günündə pul yığılır, müəllimin doğum günündə pul yığılır, 8 Martda və digər bayramlarda yenə də müəllimə pul yığılır. Sinif üçün nə lazımdırsa, yenə də valideyndən pul yığılır. Bəzi illərdə hələ məktəb başlamamışdan sinif təmiri üçün zəng edib pul istəyirlər. Daha hər şey üçün valideyn pul verməlidirsə, bəs o zaman məktəb özü hara baxır, niyə sinifi lazımı avadanlıqlarla, əşyalarla təmin eləmir, niyə təmiri özü etmir? Hər şeyi də valideyn komitəsinin əli ilə edirlər. Ona görə də valideyn komitəsinə ehtiyac yoxdur, ləğv olunmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri