Məktəblərdə yeni qidalanma qaydaları: Qazlı içkilər və fastfud menyudan çıxarılır
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyada məktəblərdə uşaqların qidalanma sistemində ciddi dəyişikliklərə start verilib.
Milli.Az xəbər verir ki, Nazirlər Şurası təhsil müəssisələrində sağlam qidalanmanı təşviq edən yeni normativ sənədi təsdiqləyib.
Yeni qaydalara əsasən, məktəblərdə şirin qazlı içkilər, enerji içkiləri və sənaye üsulu ilə hazırlanan çörəklərin satışı tamamilə qadağan edilir.
Sosial hüquqlar və gündəmlə bağlı məsələlər üzrə nazir Pablo Bustinduy bildirib ki, bu addım uşaqlarda sağlam həyat tərzini formalaşdırmaq məqsədi daşıyır.
Yenilənmiş menyulara meyvə, tərəvəz, paxlalılar, balıq və keyfiyyətli ət məhsulları daxil ediləcək. Məqsəd şagirdlərin gündəlik ehtiyaclarını qarşılayan balanslı qidalanma ilə təmin olunması və onların fiziki-psixoloji inkişafına töhfə verməkdir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















