Məktəblərdə yenilik Bunlar daha olmayacaq
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub".
Milli.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova "Azərbaycan müəllimi"nə müsahibəsində bildirib. O qeyd edib ki, prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli istifadə ediləcək:
"Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə dövlət sənədi kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar eyni zaman aralığında saxlanılacaq", - deyə o, əlavə edib.
Milli.Az
Baxış sayı:118
Bu xəbər 22 Mart 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















