Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Məktəblərdə informatika fənnində YENİLİK

Məktəblərdə informatika fənnində YENİLİK

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli  əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib. 

Modern.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, sənədin girişində sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə hayata keçirilən layihə çərçivəsində hazırlanmışdı. 

"Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi. Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı.

Hazırda təsdiqlənən proqram yetərincə təkmildir. Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub.

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib. Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb.

Düşünürəm ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini,  yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə  bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək.

Burada daha bir diqqətçəkən məqam var. 

Məlumdur ki ölkədə bir neçə ali təhsil müəssisəsi informatika müəllimi, riyaziyyat və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlayır.

Düzü, bilmirəm bu təhsil müəssisələri yeni kurikulumun hazırlanmasında iştirak ediblərmi. Amma görünən odur ki, bu cür köklü dəyişikliyə məruz qalan kurikulumdan sonra informatika müəllimi ixtisası olan ali təhsil müəssisələrində də proqramlar tam yenidən işlənməlidir.

Ümid edirəm, BDU, ADPU və digər universitetlər tez bir zamanda  bunları nəzərə alacaqlar.

Əks halda, bu ixtisaslar üzrə universitetləri bitirənlərin yeni kurikulum üzrə tədris prosesini qurmaqda ciddi problemləri olacağı qaçılmazdır", - Osman Gündüz qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri