Icma.az
close
up
RU
Məktəblərin sayı nə üçün azalıb? AÇIQLAMA

Məktəblərin sayı nə üçün azalıb? AÇIQLAMA

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ümumi təhsil müəssisələrinin sayında azalma var. Təhsil müəssisələrinin sayı 2022-ci ildə 4 min 383 ədəd olduğu halda 2023 cü ildə 4 min 372, 2024-cü ildə 4 min 307-ə düşüb.

Cəmi iki ildə təhsil müəssisələrinin sayı 76 ədəd azalıb. 

Maraqlıdır, məktəblərin sayının azalması nə ilə bağlıdır və növbəti illərdə də azalma davam edə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsil müəssisələrinin müvafiq olaraq azalması yaxın dövrdə Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrini  optimallaşdırılması və rasionallaşdırılması ilə bağlıdır. 

Onun sözlərinə görə, burada başlıca məqsəd şagird sayı az olan təhsil müəssisələrinin bağlanılması, əvəzində şagirdlərin başqa bir təhsil müəssisəsinə köçürülməsidir:

“Elə təhsil müəssisəsi var ki, orada cəmi 10-20 şagird təhsil alır, hər bir sinifdə 3-5 şagird əyləşir. Şagird sayı az olanda isə bəzən dərslər boş keçir, təhsilverənlər də pozitiv olmur, bəziləri dərsdən yayınır. Belə olduğu təqdirdə dövlət büdcəsindən kifayət qədər maliyyə itkisi baş verir. Bunun əvəzində isə şagirdlər yaxın ərazidəki 500-dən çox şagird sayı olan təhsil müəssisələrinə daşınırlar. Bu proses zamanı nazirlik tərəfindən uzaq məsafələrə servislər də təşkil olunur. Prinsip etibarilə belə qərarın alınması onu deməyə əsas verir ki, artıq dövlət büdcəsindən ayrılan maliyyə boşuna xərclənmir. Şagirdlər də daha böyük kollektivdə təhsil alır, düzgün əlaqələrin qurulması təmin edilir, sosiallaşa mühitdə formalaşa bilirlər, beləliklə rəqabətə meyilli olurlar”. 

Mütəxəssisin fikrincə, bu prosesin növbəti illərdə də davam edəcəyi gözlənilir.

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyun 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri