Icma.az
close
up
RU
Məktəbli avtobuslarının qiyməti sosial ədalət prinsipinə uyğun deyil AÇIQLAMA

Məktəbli avtobuslarının qiyməti sosial ədalət prinsipinə uyğun deyil AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda 6, 132-134 nömrəli və digər məktəblər üçün məktəbli avtobusları təşkil edilib, lakin xidmətin qiymətləri olduqca yüksəkdir. Bəzi avtobuslarda aylıq ödəniş 240 manata qədər çatır. Bu səbəbdən valideynlər təklif olunan şərtlərlə razılaşmır.

Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəbli avtobuslarının tətbiqi ümumilikdə təhsil infrastrukturunun təhlükəsizlik, bərabərlik və keyfiyyət meyarlarını gücləndirən islahat istiqamətidir:

"Bu addım təhsil ekosisteminin mühüm hissəsi olan şagirdin məktəbə gedib-gəlmə prosesinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, sosial məsuliyyət prinsipinə söykənən dövlət siyasətinin bariz göstəricisidir. Lakin tətbiq mexanizminin ilkin mərhələsində qiymətlərin yüksək olması, sosial təbəqələr arasında fərqlərin dərinləşməsinə səbəb ola bilər. Təhlil göstərir ki, sistemin ideyası mükəmməldir, lakin iqtisadi çərçivə və sosial uyğunluq məsələlərində əlavə tənzimləməyə ehtiyac var".

Müsahibimiz qeyd etdi ki, Bakı şəhərində hazırda 20-dən çox məktəb bu proqram çərçivəsində avtobus xidməti ilə təmin olunub:

"Bəzi məktəblərdə aylıq xidmət haqqı 180-240 manat aralığındadır. Bu məbləğ orta əmək haqqının 15-20%-nə bərabərdir. Əgər ailədə iki uşaq varsa, bu, bir ailənin aylıq büdcəsinə 400-450 manat əlavə yük deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, paytaxtda orta aylıq əmək haqqı 1100 manat civarındadır, bu isə o deməkdir ki, bir çox ailə üçün bu xidmət faktiki olaraq lüks səviyyəsində qalır. Halbuki layihənin məqsədi ictimai təhsildə sosial bərabərliyi təmin etmək olmalıdır.

Müsbət tərəfdən baxdıqda, məktəbli avtobuslarının tətbiqi valideynlər üçün zaman və təhlükəsizlik baxımından əvəzolunmaz rahatlıq yaradır. Uşaqlar səhər və axşam pik saatlarında nəqliyyat sıxlığından uzaq, sığortalı və nəzarətli şəraitdə məktəbə gedirlər. Bu, həm də yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm sosial fayda yaradır. Elm və Təhsil Nazirliyinin bu sahədə addımı strateji düşünülmüş və məqsədyönlüdür. Çünki paytaxtda hər gün təxminən 400 min məktəbli təhsil müəssisələrinə fərdi nəqliyyat vasitələri ilə daşınır, bu da tıxacların əsas səbəblərindən biridir. Avtobus sistemi həm ekoloji, həm də logistika baxımından şəhər infrastrukturuna ciddi müsbət təsir göstərə bilər".

K.Əsədov məsələnin mənfi tərəflərinə də toxundu:

"Mənfi tərəf ondadır ki, xidmətin qiyməti sosial ədalət prinsipinə uyğun tənzimlənməyib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, ictimai xidmətlər əhalinin maddi vəziyyəti nəzərə alınmaqla tənzimlənməlidir. Məktəbli avtobusları sosial məqsəd daşıdığı üçün qiymət siyasəti də kommersiya prinsipi ilə deyil, dövlət nəzarət mexanizmi ilə formalaşmalıdır. Əgər bu xidmət yalnız müəyyən gəlir səviyyəsinə malik valideynlər üçün əlçatan qalarsa, o zaman onun sosial məqsədi - bərabər imkan yaratmaq - reallaşmayacaq".

Ekspertin fikrincə, gələcəkdə bu sistemin genişlənməsi təhsil mühitində bir sıra dəyişikliklər yaradacaq:

"Birincisi, məktəb avtobusları uşaqların məktəbə davamiyyətini artıracaq, valideynlərin iş rejiminə müsbət təsir göstərəcək. İkincisi, məktəblərin ətrafındakı tıxac və park problemləri azalacaq. Üçüncüsü, regionlarda bu sistem tətbiq olunduqda kənd məktəblərində təhsilə çıxış imkanı artacaq, xüsusilə qız uşaqlarının davamiyyəti yüksələcək. Lakin bu müsbət nəticələrin davamlı olması üçün qiymət siyasəti dövlət tərəfindən sosial ədalət prinsiplərinə uyğun formalaşmalıdır.

Elm və Təhsil Nazirliyi bu addımı ilə təhlükəsiz, məsuliyyətli və şəffaf təhsil logistikası qurmaq istiqamətində mühüm yenilik edib. Bu təşəbbüs həm strateji, həm sosial, həm də psixoloji baxımdan müsbət addımdır. İndi əsas məsələ onun davamlı və sosial baxımdan ədalətli iqtisadi modelə çevrilməsidir. Qiymətlər münasib səviyyəyə endirildikdə, məktəbli avtobusu layihəsi həm təhsil keyfiyyətinə, həm sosial bərabərliyə, həm də şəhər həyatının rahatlığına xidmət edən ən uğurlu islahatlardan birinə çevriləcək".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri