Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bu gündən etibarən məktəbli formalarının qiymətində endirim olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Oxu.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.
“İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir - qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Həmin qiymətlərin siyahısı bu gündən bizim bütün mağazalarımızın divarlarından asılacaq.
2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq və artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır”, - deyə E.Əzimov söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















