Ucuz məktəbli formaları ilə bağlı XƏBƏRDARLIQ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar. Marketlərdə və geyim mağazalarında müxtəlif qiymətlərə – 1, 5, 10, 20 manata və daha yüksək məbləğlərə məktəbli geyimləri almaq mümkündür.
Bəs məktəbli formalarının qiymətlərinin bu qədər fərqlənməsinin səbəbi nədir?
Redaktor.az xəbər verir ki, “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov valideynlərə fabrik istehsalı olan məhsullara üstünlük verməyi tövsiyə edir:
“Rəsmi müəssisələrin istehsal etdiyi malları almaq lazımdır. Vağzalda, bazarda məktəb forması alan adam bilməlidir ki, orada heç bir standarta uyğun olmayan, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar satışa çıxarılır. Biz zəmanət veririk ki, satdığımız malların nə rəngində, nə də özündə heç bir dəyişiklik olmayacaq. Qiymətin ucuz olmasının səbəbi məlumdur – həmin məhsulların heç bir sertifikatı yoxdur, keyfiyyətsizdir və kilo ilə alınmış mallardır. Ona görə də ucuz satılır. Şalvar və ətəklər bizdə endirimdədir. Keçən ildən 15 manata endirmişik. Poloların qısaqolluları 12 manat, uzunqolluları 14 manatdır. Jaketlər əvvəl 30 manat idi, sonra 25 manat oldu, indi isə 20-22 manat arasındadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Avqust 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















