Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Məktəblilərə zərərli maddələri satanlar kimlərdir, bununla necə mübarizə aparılmalıdır?

Məktəblilərə zərərli maddələri satanlar kimlərdir, bununla necə mübarizə aparılmalıdır?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son illər məktəblilər arasında zərərli vərdişlərə meyillilik çoxalıb. Valideyn nəzarətindən kənarda qalan bir çox məktəbli siqaret, spirtli içki, narkotik vasitə kimi həyat üçün zərərli vərdişlərə meyil edirlər. Nəticədə həmin şagird həm təhsildən yayınır, həm də gələcək həyatını sual altına salır. Bu məktəblilər təkcə özünü deyil, yaxın dostlarını da bu uçuruma doğru aparır. Son zamanlar məktəblilərin çantalarında bir sıra onlara aid olmayan əşyaların gəzdirilməsi ilə bağlı yayılan şəkillər cəmiyyət arasında narahatlığa səbəb olub. 
Mütəxəssislərin fikrincə, erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var. Azyaşlı oğlan və qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs isə onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial olaraq xərçəng xəstələri hesab olunurlar. Psixoloqlar isə hesab edir ki, siqaretin orqanizmə mənfi təsirləri ilə bərabər məsələnin psixoloji tərəfləri də diqqətdən yayınmamalıdır.

Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Demokrat.az-a bildirib ki, tütün məhsulları və onların əvəzləyiciləri kimi dəyərləndirilən elektron siqaretlərdən məktəblilərin aşağı siniflərdən başlayaraq istifadə etməsi halları heç də yaxşı hal deyil:
“Bu, bizi çox təəssüfləndirir və bu məsələdə valideynlərin də, məktəbin də, eyni zamanda tədris prosesinin də məsuliyyəti var. Ancaq bu məsuliyyət tam olaraq düzgün bölüşdürülmədiyi üçün, nəzarət mexanizmi təkminləşdirilmədiyi üçün bu hallar günü-gündən artmaqdadır. Məktəblərə giriş və çıxış zamanı mühafizə sisteminin zəif qurulması və xüsusi avadanlıqlar vasitəsilə çantaların yoxlanılmaması səbəbi ilə də şagirdlər rahatlıqla istədikləri əşyaları, tütün məhsullarını məktəblərə gətirə bilirlər və bu səbəbdən də bu hal artıq adiləşib. Eyni zamanda yuxarı sinif şagirdlərinin asanlıqla, qorxmadan, çəkinmədən tütün məhsullarını məktəb ərazisində və yaxud məktəbə yaxın olan ərazilərdə istifadə etməsi aşağı sinif şagirdlərində də maraq və həvəs yaradır. Nəticə etibarilə də bu hal günü-gündən çoxalır”.  
Millət vəkili onu da bildirib ki, məktəb yaxınlığında olan marketlərdə və kiosklarda məktəblərə bu tütün məhsullarının və yaxud elektron siqaretlərin satışını tamamilə qadağan etmək və bunun nəzarətini gücləndirmək lazımdır:

“Çünki bəzən satıcılar tərəfindən uşaqların yaşları soruşulmadan tütün məhsullarının onlara satılma hallarını müşahidə edirik. Eyni zamanda məktəb yaxınlığında olan marketlərdə və kiosklarda tütün məhsullarının reklamları tamamilə qadağan edilməlidir. Ümumiyyətlə, bu ərazilərdə tütün məhsullarının və elektron siqaret satışına şərait yaradılmamalıdır. Həmçinin, xüsusilə də elektron siqaretlərin satışı ilə məşğul olan şəxslər var ki, onlar xüsusi kampaniyalar keçirərək məktəb yaxınlığında olan ərazilərdə bu satışı təşkil edirlər. Nəticə etibarilə də daha ucuz qiymətə satılan elektron siqaretlər asanlıqla məktəblilərin də əlinə düşə bilir. Bir sözlə, bu hallara nəzarət mütləq gücləndirilməlidir və məktəblərdə olan bufetlərdə, yeməkxanalarda da mərkəzləşdirilmiş nəzarət sistemi işə düşməlidir və çalışılmalıdır”.
N.Həmzəyev vurğulayıb ki, bu gün xoşagəlməz əşyalarla yanaşı, qidaların satışına da xüsusi nəzarət olunmalıdır:
“Belə olacağı təqdirdə daha münasib qiymətdə qidaların satışı məhz bufetlərdə təşkil edirlərsə, məktəblilər ümumiyyətlə məktəb ərazisini tərk edib başqa yerlərdən qida almaq məcubiyyətində qalmazlar. Onlar artıq o marketdən digər xoşagəlməz əşyaları almaq üçün də həvəslənməzlər. Bir sözlə,  Elm və Təhsil Nazirliyi, aidiyyati qurumlar məsələyə çox ciddi yanaşmalıdırlar. Valideyn, müəllim, məktəb birlikdə bu problemi həll edə bilərlər.
Ancaq çox təəssüfər olsun ki, çox vaxt bu məsələlərə məsuliyyətsiz yanaşılır və məktəb valideyni günahlandırır, valideyn məktəbi günahlandırır, nəticə etibarilə isə uşaqlar bu pis vərdişə qurşanırlar. Bir müddət sonra isə artıq tütün məhsullarının alüdəsinə çevrilirlər. Biz əl-ələ verib bu problemi birlikdə həll etməliyik”.
Sosioloq Üzeyir Şəfiyev bu mövzuda ilk növbədə ailə nəzarətinin olmasının vacibliyini vurğulayıb:

“Valideyin uşağın təhlükəsizliyinin, onun sağlam böyüməsi, pis vərdişlərdən qorunması üçün məsuliyyət daşıyan tərəflərdən biridir. Eyni zamanda, satış obyektləri qanuna hörmətlə yanaşmalı bir sıra əşyalar var ki, onları satarkən alıcıların yaş xüsusiyyətlərini nəzərə almalı, onlara həmin məhsulları  satmamalıdır. Umutmamalıdırlar ki, bu onlar üçün hüquqi məsuliyyət  yaradır. İctimaiyyət də bu sahədə hüquqi məlumatlı olmalı, belə hallara ictimai qınaq olmalıdır”.
Sosioloq əlavə edib ki, məktəblərdə bu istiqamətdə şagirdlərlə maarifləndirmə, ideya tərbiyə işi aparılmalıdır:
“Məktəblilərlə psixoloq və sosial işçilərin təmsil olunduğu müvafiq ştat vahidinin təmsilçiləri iş aparmalıdır. Hüquq mühafizə orqanları uşaqlara tütün məhsullarının satılma halları ilə bağlı mütəmadi reydlər keçirməli, belə hallara yol verənlərə qarşı mübarizə tədbirlərini KİV və sosial media təmsilçilərinin iştirakı ilə ardıcıl aparmalıdır”.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi də öz fikirlərini bölüşüb.
Ekspertin fikrincə, məktəbli  çantalarına ilk növbədə nəzarət valideyin üzərində olmalıdır:

“Əlbəttə, valideyn övladını təhsil müəssisəsinə yola salarkən çantasına mütləq nəzərət etməlidir ki, övladı məktəbdən nə daşıyır. Eyni zamanda, məktəbdən evə qayıtdığı sırada çanta yoxlanmalıdır ki, övladı məktəbdən evə nə gətirir? Bu,valideynin nəzərətində olan prosesdir. Qaldı ki, şagirdlərə siqareti,  psixotrop, narkotik maddələri  satanlar kimlərdir? Bunun üçün əlbəttə ki, təhsil müəssisəsi yalnız məktəb ərazisinin daxilinə nəzərət edə bilər. Amma yol boyu bunu izləmək bir qədər çətin məsələdir”. 
Ekspert deyib ki, bu istiqamətdə artıq hüquq mühafizə orqanları prosesi diqqətə almalıdır:
“Amma hər hansı bir şagird özü yanına yaxınlaşıb, hansı mağazada, köşkdə, digər yerlərdə siqaret almağa cəhd edirsə, o zaman artıq oradakı satıcıların məsuliyyətində qalır. 18 yaşından aşağı şəxslərə siqaret və digər əşyalar satılması qadağandır. Burada artıq satıcılar məsuliyyətə cəlb olunmalıdır. Bir təhsil müəssisəsinə minimal 500 nəfər, maksimal 3000-4000 hətta, bəzən daha artıq şagird gələ bilər. Və bütün bu şagidlərin hər birinin çantasına yoxlamaq  mümkün deyil. Yalnız müəyyən xüsusi cihazlar, aparatlarla məktəblərin girişində, onların keçirilə biləcəkləri hər hansı bir yad əşyalar  siqnalizasiya vasitəsi ilə bildirsin. Çünki yoxlama prosesini fərdi  qaydada həyata keçirmək artıq əlavə vaxt itkisidir ki, bu da şagirdlərin  tədris prosesinə mənfi təsir edə bilər. Və düşünürəm ki, burada valideynlər  daha diqqətli olmalıdır”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə  uşaq və gənclərin fiziki və mənəvi ikişafı istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Yanvar 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri