Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində 4 medal qazanıblar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Məktəblilərimiz Rumıniya tərəfindən keçirilən “Stars of Informatics” virtual müsabiqəsində uğurla çıxış ediblər.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 10 ölkədən 120 iştirakçının qatıldığı müsabiqədə şagirdlərimiz 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, akademik Z. Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medal, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüb.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Texniki Universitetinin rəhbərliyi şagirdlərin müsabiqədə iştirak etməsi üçün şərait yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















