Icma.az
close
up
RU
Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazandılar

Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazandılar

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məktəblilərimiz beynəlxalq olimpiadada bir qızıl, yeddi bürünc medal qazanıblar .

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycan məktəbliləri yanvarın 13-dən 17-dək Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər.

Olimpiadanın iki turunun yekunlarına görə, azərbaycanlı iştirakçılar bir qızıl və yeddi bürünc medal qazanıblar.

Belə ki, riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medal, fizika fənni üzrə Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medal, informatika fənni üzrə isə Bakı Şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri, Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medal qazanıb.

Olimpiadada ümumilikdə 15 ölkədən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilmiş məsələlər ixtisas siniflərinin proqramına uyğun olub. Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərini təbliğ etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətləri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri