Icma.az
close
up
RU
Məktəblilərin çantasından bunları DƏRHAL ÇIXARIN!

Məktəblilərin çantasından bunları DƏRHAL ÇIXARIN!

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Məktəblərin açılmasına sayılı günlər qalıb. Şagirdlərin geyimi, dərs ləvazimatları və məktəb hazırlığı qədər vacib olan başqa bir məsələ də var, qidalanma. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirərkən onların nə yeməsi valideynləri düşündürən əsas məsələlərdəndir.

Bəs valideynlər övladlarının qidalanmasını məktəb bufetlərinə həvalə etməlidirlərmi? Məktəb bufetlərində satılan məhsullar nə dərəcədə sağlam və faydalıdır? Valideynlər uşaqlarına evdən yemək hazırlayıb göndərməlidirlərmi? Əgər belədirsə, məktəb çantasına hansı qidaları qoymaq daha doğrudur? Uşaqların qidalanmasında hansı məhsullardan uzaq durmaq lazımdır?

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “Yeni Sabah”a açıqlamasında məktəb yaşında uşaqların qidalanmasının onların fiziki inkişafı, diqqəti, yaddaşı və dərs zamanı enerjisi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Sezar pizza

Ekspertin sözlərinə görə, uşağın bütün gün ərzində qidalanmasını yalnız məktəb bufetinə həvalə etmək düzgün yanaşma deyil:

“Bufetdə faydalı seçimlər ola bilər, lakin məhsulların çeşidi və qida dəyəri məktəbdən məktəbə dəyişir. Ən yaxşı variantlardan biri uşağa evdən balanslı qida hazırlamaqdır”.

F.Səfərov qeyd edib ki, məktəb çantasına meyvə, şəkərsiz və ya az şəkərli yoqurt, pendir, tam taxıllı sendviç, qaynadılmış yumurta, allergiya olmadığı halda qoz-fındıq və kifayət qədər su qoymaq olar.

Onun sözlərinə görə, sendviç hazırlanarkən kolbasa və digər emal olunmuş ət məhsullarındansa pendir, yumurta, toyuq əti və tərəvəzlərə üstünlük verilməsi daha məqsədəuyğundur.

Ekspert uşaqların səhər yeməyini buraxmamasının da vacibliyini vurğulayıb. O bildirib ki, səhər yeməyində yumurta, pendir, süd məhsulları, yulaf və digər tam taxıllı məhsullar, tərəvəz və meyvələrdən istifadə etmək olar.

“Gün ərzində əsas məqsəd uşağın zülal, tam taxıl, tərəvəz-meyvə və süd məhsullarını kifayət qədər qəbul etməsidir”, - deyə F.Səfərov bildirib.

Qida eksperti məktəb bufetində seçim zamanı uşaqlara düzgün qida seçiminin öyrədilməsinin vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, şirin bulkalar, çips, kreker, fast-food, kolbasa məhsulları və yüksək şəkərli içkilərin gündəlik istehlakı vərdişə çevrilməməlidir.

Xüsusilə enerji içkilərinin uşaqlar üçün uyğun olmadığını vurğulayan ekspert qazlı və şəkərli içkilər əvəzinə əsas içki kimi suya üstünlük verilməsini tövsiyə edib.

F.Səfərov hesab edir ki, uşaqlara bütün şirniyyatları və sevdikləri qidaları qadağan etmək düzgün deyil. Əsas məsələ bu məhsulların tez-tez və həddindən artıq istehlakının qarşısını almaq, sağlam qidaları isə gündəlik vərdişə çevirməkdir.

“Valideyn özü də düzgün qidalanma nümunəsi göstərdikdə uşağın bu vərdişləri qəbul etməsi daha asan olur”, – deyə ekspert əlavə edib.

O, evdən məktəbə göndərilən qidaların gigiyenik hazırlanması və düzgün saxlanmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Tez xarab olan məhsulların uzun müddət isti mühitdə və ya soyuducusuz çantada saxlanılmaması tövsiyə olunur. Bu baxımdan uyğun qida qablarından və zərurət olduqda termoçantadan istifadə etmək daha təhlükəsizdir. Məktəb bufeti uşağın qidalanmasında köməkçi mənbə ola bilər. Lakin sağlam qidalanmanın formalaşmasında məktəbin, valideynin və uşağın özünün düzgün seçimləri mühüm rol oynayır”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri