Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

AMEA da professor Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunub

AMEA da professor Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA-da görkəmli dilçi alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cəfər Cəfərovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professorun zəngin elmi irsinə toxunaraq bildirib ki, Cəfər Cəfərov Azərbaycan dilçilik elmində özünəməxsus məktəb yaradan simalardandır. 

Akademik İsa Həbibbəyli alimin Azərbaycan dilini dünya dilləri ilə müqayisədə, ümumi dilçilik elminin nailiyyətləri ilə vəhdətdə, dərindən tədqiq etdiyini deyib. Qeyd edib ki, alimin tədqiqatlarının zahiri tərəfində ciddi, mükəmməl və fundamental tədqiqatçılıq prinsipləri, daxili qatında isə sarsılmaz Azərbaycançılıq məfkurəsi, vətənpərvərlik və millilik amilləri dayanır. Diqqətə çatdırıb ki, alimin tədqiqat fəaliyyəti və sadiq Azərbaycançılıq mövqeyi onun bütöv şəxsiyyətini və ziyalı obrazını tamamlayır.

Akademik İsa Həbibbəyli xatirələrini bölüşərək, Cəfər müəllimin tələbəsi olmuş biri kimi onun obyektivlik prinsipini uca tutduğunu, elmi dəqiqliyi və qayğıkeşliyinin tələbələrinin yaddaşına həkk olunduğunu deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında professor Cəfər Cəfərovun Azərbaycan dilçiliyində açdığı yeni üfüqlərdən bəhs edib. Alimin bir sıra fundamental tədqiqatlarının – “Nitq hissələrində keçid prosesləri”, “Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri”, “Nitq hissələrində keçid prosesləri və konversiya” monoqrafiyaları, eləcə də “Müasir Azərbaycan dilinin morfologiyası” kimi dərsliklərinin elmimiz üçün əvəzsiz mənbələr olduğunu bildirib. 

Sonra çıxış edən millət vəkili, yazıçı, professor Əlibala Məhərrəmzadə alimin böyük pedaqoq kimi gənc nəslin tərbiyəsindəki müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, professor Cəfər Cəfərov Azərbaycan filologiyasının inkişafına mühüm töhfələr verib və gənc tədqiqatçıların formalaşmasında müstəsna rol oynayıb. 

Konfransda filologiya elmləri doktoru Baba Məhərrəmli “Cəfər Cəfərovun elmi və pedaqoji fəaliyyəti” mövzulu məruzəsində alimin elmi yaradıcılığı ilə pedaqoji ustalığının vəhdət təşkil etdiyini, professorun nəzəriyyəni praktika ilə birləşdirərək dilçilik elminin tədrisində yeni standartlar müəyyənləşdirdiyini bildirib. 

Professor Sayalı Sadıqova “Cəfər Cəfərovun yaradıcılığında morfologiyanın aktual problemləri” mövzusunda çıxış edərək, alimin  tədqiqatlarının müasir dilçiliyə yeni baxış bucağı gətirdiyini deyib. 

Yubiley tədbirində professor İlham Tahirov “Cəfər Cəfərovun yaradıcılığında nitq hissələrində keçid prosesi”, professor İsmayıl Kazımov “Cəfər Cəfərovun yaradıcılığında sintaktik tədqiqatlar” mövzularında məruzələr səsləndiriblər. Qeyd olunub ki, Cəfər Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif istiqamətlərində tədqiqatlar aparıb, pedaqoji fəaliyyəti ilə yanaşı, ana dilimizin çox mühüm elmi problemlərini tədqiq edib. Zəngin və əhatəli yaradıcılıq erudisiyası ilə fərqlənən alim filologiyamızın müxtəlif nəzəri məsələlərini araşdırıb. 

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, BDU-nun professoru Zahid Cəfərov və digər tanınmış alimlər çıxış edərək professor Cəfər Cəfərovun insani keyfiyyətləri və zəngin yaradıcılıq yolu barədə ürək sözlərini söyləyiblər. 

Tədbirin sonunda professor Cəfər Cəfərov Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə Fəxri fərmanla təltif olunub. 

Anar TURAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see607

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see345

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see272

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see262

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see253

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see247

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri