Icma.az
close
up
RU
Məlahət İbrahimqızı: “Aprel döyüşləri Zəfər tariximizin parlaq səhifəsidir” Yeni Gündəm

Məlahət İbrahimqızı: “Aprel döyüşləri Zəfər tariximizin parlaq səhifəsidir” Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir hərb tariximizdə Aprel döyüşlərinin xüsusi yeri var. 4 günlük Aprel döyüşləri 1994-cü ilin Horadiz Əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. Azərbaycan ərazilərini işğalda saxlamaqla təcavüzkar Ermənistan təxribatlardan da əl çəkmirdi. 2016-cı ilin aprelində baş vermiş 4 günlük döyüş əməliyyatı da məhz Ermənistanın təxribatlarına cavab olaraq başladı. Aprel döyüşlərində qədər öz ordusu haqqında “miflər” formalaşdıran, “keçilməz sədlər” yaradan Ermənistanın bu tabuları darmadağın oldu. Güclü Azərbaycan Ordusu Ermənistanın bu sədrlərini aşıb keçdi. Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilmədi və qaçmağa məcbur oldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə yeksan etdi və böyük qələbənin başlanğıcı oldu: “Azərbaycan Ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə Ordumuz tam nəzarəti ələ aldı. Ordumuzun Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkün olur”.

Millət vəkili hesab edir ki,  Aprel qələbəsi, Azərbaycan Ordusunun, əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi: “Azərbaycan xalqının mübarizə əzminin güclü olduğunu sübut etdi. Ölkəmizdə milli birliyin sarsılmazlığını, düşmənə qarşı vahid mövqenin ortaya qoyulmasını şərtləndirdi. Eyni zamanda Aprel döyüşləri nəticəsində Ermənistanın işğal siyasəti bir daha bütün dünyaya nümayiş olundu. Bütün bunların fonunda Azərbaycanın işğal faktı ilə barışmadığını, gec, ya da tez bu təcavüzə istənilən yolla son qoymaq iqtidarını qətiləşdirdi. Lələ Təpədən ucalan şanlı Bayrağımız sonrakı Zəfər yürüşümüz üçün dayaq nöqtəsi oldu”.

Məlahət İbrahimqızı bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusu 44 gündə Ermənistana tarixdə heç vaxt unutmayacağı bir dərs verdi: “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış xaosdan istifadə edərək ərazilərimizi işğal edən Ermənistan 2020-ci ilin 27-i sentyabrından başlayan Zəfər Yürüşü ilə döyüş meydanında Azərbaycan xalqına qarşı törətmiş olduğu bütün hərbi cinayətlərə görə cavab verməli oldu. İşğalçı hərb meydanında darmadağın oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz şanlı bayrağımızı tarixi Şuşa qalasında qələbə münasibəti ilə dalğalandırdı. Təcavüzkar 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmaqla Azərbaycanın qələbəsini qəbul etdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü dərpa edildi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri ilə Azərbaycan ərazisindən uzun on illər kök salmış separatizm yuvası darmadağın edildi. Ölkə ərazisində konstitusiya quruluşu tam bərqərar olundu. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş digər ərazilərimizdə şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır. Beləliklə, Lələ Təpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında Şanlı qələbəmizlə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə, igidlərimizə can sağlığı arzulayırıq. Azərbaycan xalqı məhz bu qəhrəmanların canı, qanı hesabına bu gün qalib, baş dik və xoşbəxt yaşayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 01 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri