Icma.az
close
up
RU
“Melaniya Tramp: kölgədən çıxan və siyasətə təsir edən birinci xanım“ “The Times“

“Melaniya Tramp: kölgədən çıxan və siyasətə təsir edən birinci xanım“ “The Times“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Melaniya Tramp ikinci prezidentlik dövründə ərinin ən təsirli müşavirlərindən birinə çevrilir..."

ABŞ-ın birinci xanımı Melaniya Tramp artıq təkcə protokol fiquru deyil, həm də ölkənin xarici siyasətinə təsir göstərən mühüm simaya çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Diplomatik arenada yeni oyunçu

Nəşr qeyd edir ki, ikinci prezidentlik dönəmində o, daha fəal və müstəqil siyasi rol oynamağa qərar verib, bəzən hətta öz ərinə qarşı əks mövqe nümayiş etdirərək balans yaradır. Bu həftə Melaniya Tramp "Lotte New York Palace" otelində xüsusi təşəbbüsünü - texnologiyaların uşaqlara kömək məqsədilə istifadəsinə həsr olunmuş "ilk xanımlar klubu"nu təqdim edib. 

Tədbirdə İordaniya kraliçası Raniya və Ukraynanın birinci xanımı Yelena Zelenskaya iştirak ediblər. Bu, Melaniya ilə Zelenskayanın ilk şəxsi görüşü olub. Donald Tramp BMT Baş Assambleyasında sərt çıxışlar edərkən, Melaniya sadəcə dörd dəqiqəlik nitqində ailə, uşaqlar və ümidli gələcəkdən danışıb.

Onun sözlərinə görə, şəhər işıqlarına baxarkən hər bir insan öz övladının sabahı barədə düşünür. Tədbirdən sonra isə qonaqlar çay süfrəsi və musiqi ilə əylənib. Melaniya digər ilk xanımlara yeni layihəsinə - süni intellekt və digər texnologiyaların uşaqların təhsili və onlayn təhlükəsizliyi üçün istifadəsinə qoşulmağı təklif edib. Bu təşəbbüs gələn il Ağ Evdə birgə iş formatında davam etdiriləcək.

Birinci dövrün kölgəsindən ikinci dövrün liderliyinə

İlk dəfə prezidentin xanımı olduğu illərdə Melaniya çox da ön planda görünməyib, hətta onu "istəksiz birinci xanım" adlandırıblar. Trampın qızı İvanka hətta "Birinci xanım ofisi"ni "Ailə ofisi" adlandırmağı təklif edib. İndi isə vəziyyət fərqlidir: Melaniya ərinə təsir göstərir, onun mövqelərini yumşaldır, bəzən Ukrayna məsələsində və ya Putinlə yazışmalarda söz sahibi olur. Hətta Ukraynada "agent Melaniya Trampenko adlı satirik memlər də yaranıb. Vladimir Zelenski Oval ofisə gəldikdə həyat yoldaşının məktubunu şəxsən Melaniyaya çatdırıb.

Yeni imic və daha çox təsir

ABŞ diplomatları hesab edir ki, bu dəfə Melaniya öz rolunda daha rahatdır. "Fox News"-a müsahibəsində o, ilk dövrdə özünü qəbul etdirə bilmədiyini, amma indi daha yaxşı anlaşıldığını bildirib. Bu dəfə onun konkret gündəliyi, komanda dəstəyi və hətta Vaşinqtonda daha çox iştirakı var. Oğlu Berron Tramp artıq Ağ Evə yaxın kampusda təhsil alır. Ətrafında yalnız sədaqətli müşavirlər toplayan Donald Tramp üçün həyat yoldaşının səsi bəlkə də ən müstəqil mövqedir. Melaniya açıq deyir: "Mənim öz fikirlərim var, həmişə ərimlə razılaşmıram və bu normaldır. Bəzən o məni dinləyir, bəzən yox".

Sakit gücün strategiyası

Melaniya Tramp özünü ərinin tam əksi kimi təqdim edir: o, sakitdir, Donald sərt; o, beynəlmiləlçidir, Donald millətçi; o, yumşaqdır, Donald isə təzyiq edən. Bu fərqli üslub onu Vaşinqtonda maraq obyekti edib. ABŞ-ın müttəfiqləri üçün isə artıq aydındır: Trampın ikinci prezidentlik dövründə Oval kabinetə gedən yol çox vaxt Şərq qanadından -birinci xanımın vasitəsilə keçir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Sentyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri