Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib Araşdırma
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni araşdırma göstərib ki, milyonlarla insanın istifadə etdiyi melatonin və maqnezium yuxuya getməni əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.
Lent.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb.
Araşdırmaya görə, melatoninin təsiri halların təxminən yarısında plasebodan fərqlənmir və orqanizm zamanla süni hormona öyrəşərək öz melatonin istehsalını azalda bilər.
Maqnezium isə yuxu problemləri yalnız əzələ spazmları ilə bağlı olan şəxslər üçün müəyyən fayda verir.
Bundan əlavə, CBD tərkibli məhsulların (kannabis ekstraktlı yağların) yuxuya müsbət təsiri elmi şəkildə sübut olunmayıb.
Mütəxəssislər qeyd edir ki, keyfiyyətli yuxunun əsas düşmənləri xroniki stres, elektron cihazların yaydığı "mavi işıq" və nizamsız yuxu rejimidir.
Onların sözlərinə görə, sabit yuxu qrafiki və fiziki aktivlik isə heç bir xərc tələb etmədən yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 May 2026 06:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















