Icma.az
close
up
RU
Melatonin ürək üçün təhlükəli ola bilərmi? AÇIQLAMA

Melatonin ürək üçün təhlükəli ola bilərmi? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yuxunu yaxşılaşdırmaq üçün istifadə olunan ən məşhur reseptsiz vasitələrdən biri olan melatoninin uzunmüddətli qəbulunun ürək sağlamlığı üçün risk yarada biləcəyi ehtimal edilir. Yeni araşdırmanın ilkin nəticələri bu barədə xəbərdarlıq edir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Circulation” jurnalında dərc olunub.

Melatonin insan beyninin gecə saatlarında ifraz etdiyi və orqanizmin bioloji saatını tənzimləməyə kömək edən hormondur. Tabletlər şəklində qəbul edilən sintetik melatonin bəzi insanlarda daha tez yuxuya getməyə və gecə oyanmalarının azalmasına kömək edir. ABŞ da daxil olmaqla bir çox ölkədə bu preparat “təbii” yuxu əlavəsi kimi reseptsiz satılır.

Araşdırmanın müəllifləri ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan yuxusuzluq problemi yaşayan 130 mindən çox yetkin şəxsin elektron tibbi məlumatlarını təhlil ediblər. Nəticələrə əsasən, melatonini bir ildən çox müddət ərzində qəbul edən şəxslərdə növbəti beş il ərzində ürək çatışmazlığı riski bu preparatdan istifadə etməyənlərlə müqayisədə 89 faiz daha yüksək olub.

Eyni zamanda, bu qrupda istənilən səbəbdən ölüm riski təxminən iki dəfə çox olub. Əlavə analizlər zamanı uzunmüddətli melatonin istifadəçilərində ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilmə ehtimalının isə təxminən 3,5 dəfə artdığı müəyyən edilib.

Bununla belə, tədqiqatın müəyyən məhdudiyyətləri var. Belə ki, melatonin istifadəsi barədə məlumatlar resept qeydlərindən götürülüb. Bu isə o deməkdir ki, nəzarət qrupuna daxil edilən bəzi şəxslər reseptsiz şəkildə melatonin alıb istifadə etmiş ola bilərlər. Buna görə də araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.

Buna baxmayaraq, mütəxəssislər əldə olunan nəticələrin əlavə araşdırılmasının vacib olduğunu bildirirlər.

“Melatonin geniş şəkildə təhlükəsiz və “təbii” yuxu vasitəsi hesab olunur. Buna görə də sağlamlıq üçün bu qədər ciddi nəticələrə dair ardıcıl və əhəmiyyətli göstəricilər bizi təəccübləndirdi”, — deyə Nyu-Yorkdan olan tibb alimi Ekenediliçukvu Nnadi bildirib.

Xədicə BAXIŞLI 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyun 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri