Melkonyan: “Ermənistan Türkiyənin bütün tələblərini qəbul edib”
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soqyırımı”nı inkar edən geniş yazı ilə çıxış etməsi İrəvanda geniş müzakirə mövzusudur. Tribunainfo.az xəbər verir ki, bununla bağlı ölkənin əksər siyasətçiləri və ekspertləri açıqlama veriblər.
Təbii ki, onlar Paşinyanı tənqid edərək, “soqyırımı” inkar etməsini “satqınlıq” adlandırıblar. Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyan bu hadisənin “tarixi faktlara” söykəndiyini iddia edib. O deyib ki, guya, Osmanlı dövründə türklər erməniləri “məqsədli şəkildə” “məhv etməyə” çalışıb.
Türkoloq Ruben Melkonyan isə məsələyə başqa şəkildə yanaşıb. O bildirib ki, Ermənistan hakimiyyəti faktiki olaraq Türkiyənin ilkin şərtlərinin tam paketini qəbul edib. Onun sözlərinə görə, Paşinyanın Ağrı dağından imtina etməsi, gerbi və himni dəyişdirmək üçün addımlar atması və ardından da “soqyırım”ı inkar etməsi həmin razılaşmanın tərkib hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















