Icma.az
close
up
RU
Bu halda Ermənistan KTMTni birdəfəlik tərk edəcək Melkonyan

Bu halda Ermənistan KTMTni birdəfəlik tərk edəcək Melkonyan

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Keçən il Ermənistan üçün Rusiya və KTMT ilə münasibətlərlə bağlı bir sıra əsas qərarlar və hadisələrlə yadda qaldı. Ermənistan hakimiyyəti əvvəllər başlamış parçalanma və müttəfiqlərlə əlaqələri kəsmə kursunu davam etdirərək, onları öhdəliklərini yerinə yetirməməkdə ittiham etdi. 

Globalinfo.az xəbər verir ki, bu fikirlər “Sputnik Ermənistan”ın hazırladığı analitik materialda əks olunub.

Nəşr yazır ki, ən radikal hadisə rus sərhədçilərinin Zvartnots hava limanını tərk etməsi oldu.

“Rusiya FTX-nin Sərhəd Xidmətinin hərbçiləri onilliklərdən sonra dövlət sərhədinin mühafizəsi funksiyasını Ermənistan tərəfinə veriblər. Rusiya sərhədçiləri hələ 1992-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən orada yerləşdirilib. Rəsmi məlumata görə, onların getməsinə əsas kimi Ermənistan tərəfinin 2024-cü il martın 1-də sərhəd nəzarətinin tamamilə ölkənin Milli Təhlükəsizlik Xidmətinin yurisdiksiyasına verilməsi barədə müraciəti göstərilib”.

Məqalədə Ermənistanın KTMT ilə münasibətlərinə də toxunulub:

“Moskva ilə dialoqda İrəvan imkan daxilində özünü iqtisadi gündəmlə məhdudlaşdırmağa çalışır.
Erməni araşdırmaçı Sergey Melkonyan hesab edir ki, KTMT məsələsi Ermənistanın üzvlük haqqı ilə bağlı problemin həllindən asılı olacaq. Ermənistan KTMT-nin maliyyələşdirilməsi ilə bağlı borcunu qaytarmadığı üçün 2025-ci ildə qərar verilməlidir. Bu zaman təşkilatla münasibətlərdə geri dönüş nöqtəsinin olub-olmadığı müəyyənləşəcək. İrəvan ya KTMT-yə olan borclarını ödəyəcək, ya da təşkilatı tərk edəcək. Ancaq Ermənistan hakimiyyətinin KTMT ilə əlaqələri kəsməyə yönəlmiş kursu ölkənin təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməyəcək”

Rusiya ilə münasibətlərin ikitərəfli formatına gəlincə, Melkonyan hesab edir ki, yeni ildə çox şey Ukrayna ilə bağlı ssenarilərdən asılı olacaq.

“Əgər Rusiya və ABŞ atəşkəs və danışıqlara başlamaq barədə razılığa gələ bilsələr, o zaman Moskvanın manevr meydanı Cənubi Qafqazda xeyli genişlənəcək. Əgər Vaşinqton Kiyevə silah verməyə davam etsə və Moskvaya qarşı sanksiya təzyiqlərini yumşaltmasa, o zaman Rusiyanın regionda əhəmiyyətli dərəcədə fəallaşacağını gözləməməliyik”.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri