Ermənistan İsrailin bu oyununda yoxdur Melkonyan
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması məsələsində səmimilik amili minimum səviyyədədir, bu, humanitar və ya dəyərlərə əsaslanan yanaşma deyil, mövcud Türkiyə-İsrail münasibətlərinin təbiətinə əsaslanan soyuq, siyasi və praqmatik hesablamadır.
Axar.az xəbər verir ki, bunu erməni professor və türkoloq Ruben Melkonyan deyib.
“İsrail məhz Ankara ilə münasibətlərin gərginləşdiyi bir vaxtda, qlobal mediada ajiotaj yaradaraq, qondarma “erməni soyqırımı” məsələsinə diqqət çəkir. Düşünürəm ki, bu qərara yanaşmamız mümkün qədər təmkinli olsaydı, düzgün olardı, xüsusən də İsrail parlamenti tərəfindən hələ təsdiqlənmədiyi üçün. Ermənistan istənilən konfiqurasiya və istənilən məsələnin kontekstində mahiyyət etibarilə həlledici amil deyil. Yəni, İsrail qəbul etsə də, etməsə də, tanısa da, tanımasa da, Ermənistan bu oyunda deyil. Hazırkı vəziyyətdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi Ermənistan-Türkiyə münasibətlərinə təsir göstərə bilməyəcək”, - o bildirib.
Melkonyan istisna etmir ki, İrəvanın susqunluğu təkcə davam etməyəcək, hətta pərdəarxasında rəsmi şəxslər türkiyəli və azərbaycanlı həmkarlarını baş verənlərlə heç bir əlaqələrinin olmadığına və İsrailin qərarına hər hansı təsir göstərə bilmədiklərinə inandırmağa çalışacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 30 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















