Icma.az
close
up
RU
Məlumat qaynağı, yoxsa “hazırcavab tələ”?

Məlumat qaynağı, yoxsa “hazırcavab tələ”?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Arxası da kəsən bıçağa bənzər süni zəka

Süni intellekt artıq futuristik anlayışdan daha çox gündəlik həyatın görünməz, lakin aktiv iştirakçısına çevrilib. İnsanlar onu dərs oxumaqdan tutmuş, mətn yazmağa, məlumat toplamağa, hətta ünsiyyət boşluğunu doldurmağa qədər müxtəlif sahələrdə istifadə edirlər. Cəmiyyətdə bu müasir texnologiya ilə bağlı həm nikbin, həm də ehtiyatlı yanaşmalar formalaşıb. Məsələyə paytaxt sakinlərinin münasibətini öyrənmək məqsədilə sorğu keçirdik.

18 yaşlı Ülkər Cəfərlinin fikrincə, müasir dövr artıq süni intellektsiz təsəvvür edilə bilməz. Onun sözlərinə görə, xüsusilə gənclər bu texnologiyadan aktiv istifadə edirlər. Ülkər bildirdi ki, süni intellekt təhsil həyatında da insanlara ciddi köməklik göstərir: “Bu dəqiqə elə bir dövrdəyik ki, süni intellekt həqiqətən də həyatımızın böyük bir hissəsini təşkil edir. Xüsusilə gənclər, əsasən də mənim yaş dövrümdə olan gənclər süni intellektdən çox istifadə edir. Bizə həqiqətən bir çox mövzuda kömək olur. Uzun dərs materialları olanda onu qısaldıb oxumaq lazım gəlir. Əsas hissələrə vaxt çatmayanda süni intellekt bu mövzuda, sözün əsl mənasında, əlimizdən tutur”.

Gənc əlavə etdi ki, qapalı, sosial çevrəsi zəif olan yeniyetmələr üçün də süni intellekt bəzən psixoloji dayaq rolunu oynayır: “Bəzən elə uşaqlar olur ki, onlar çox sosial olmurlar, daha qapalı olurlar və dərdləşməyə, danışmağa, sirlərini bölüşməyə, yaxud hansısa bir mövzuda kömək istəyəcəkləri insanlar tapmayanda süni intellektə müraciət edirlər. Dərdləşirlər, danışırlar, kömək alırlar. Nə qədər qəribə səslənsə də, çox ciddi məsələlərdə belə süni intellektin köməyinə ehtiyac duyuruq”. Ülkər hesab edir ki, bu texnologiyadan istifadə etməyənlər də artıq ondan yararlanmalıdırlar.

33 yaşlı Mahir Hüseynlinin yanaşması daha fərqlidir. Müsahibimizin sözlərinə görə, süni intellekt informasiya əldəetmə mexanizmini köklü şəkildə dəyişib: “Süni intellekt hazırda həyatımızın, demək olar ki, bütün sahələrinə daxil olur. Təbii ki, bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri ondan ibarətdir ki, biz süni intellekt vasitəsilə daha çox ümumiləşdirilmiş məlumatlar əldə edə bilirik. Yəni bir məlumatı axtararkən, müxtəlif mənbələrdən toplanmış informasiyanı ümumiləşdirib yekun nəticə almaq olur. Bu da bir mənbədən qısa, lakin dolğun məlumat əldə etməyə imkan yaradır”.

Mahir Hüseynli qeyd etdi ki, süni intellekt təkcə mətn sahəsi ilə məhdudlaşmır, eyni zamanda, vizual materiallar, elmi və texniki istiqamətlərdə də geniş tətbiq olunur. O, mənfi tərəf kimi insanların araşdırma vərdişlərinin zəifləməsini göstərərək bildirdi: “Süni intellektdən istifadə bu gün üçün mütləqdir. Amma eyni zamanda insan çalışmalıdır ki, öz təcrübəsindən, bilik və bacarıqlarından da istifadə edərək əldə etdiyi ümumiləşdirilmiş məlumatları süzgəcdən keçirsin. Çünki hazırda məlumat kirliliyi var və əldə etdiyimiz informasiyaların hamısı real olmur. Biz əldə etdiyimiz məlumatları real məlumatlarla uyğunlaşdırmalı, korreksiya edib daha doğru olanını seçməliyik”.

31 yaşlı Fatimə Mövlanova isə süni intellektlə ilk tanışlığın “ChatGPT” adlanan “çat-bot” vasitəsilə başladığını bildirdi. Onun qənaətinə görə, bu sahə sürətlə inkişaf edir və artıq süni intellekt əsaslı assistentlər, video və kreativ məhsullar meydana çıxır. Fatimə Mövlanova hesab edir ki, texnologiyanın həm müsbət, həm də mənfi tərəfləri var: “Mən isə daha çox pozitiv tərəfdən yanaşıram. Çünki necə ki, bıçaqla həm xeyirli, həm də zərərli iş görmək olar, süni intellekt də belə bir alətdir. Onu düzgün istifadə etsək, çox faydalı layihələrin, yaxşı işlərin yaranmasına səbəb ola bilər”.

21 yaşlı Eltun Alıyev şəxsi təcrübəsinə əsaslanaraq bildirdi ki, süni intellekt onun həm təhsilində, həm də iş fəaliyyətində mühüm rol oynayır. Elektron müraciətlərin ünvanlanması, mətnlərin tərtibi, düzəlişlər, illüstrasiyaların hazırlanması bu texnologiya vasitəsilə xeyli asanlaşıb. Eltun qeyd edir ki, hazır cavablara əlçatanlıq insanın düşünmə vərdişlərinə təsir göstərə bilər, lakin müsbət tərəflər daha çoxdur: “Gələcəkdə süni intellektin bir çox peşələri əvəz edəcəyi, bəzi sahələrdə iş imkanlarının azalacağı ehtimalı var. Amma bütün bunlara baxmayaraq, süni intellektin çox faydalı bir vasitə olduğunu əminliklə deyə bilərəm. Xüsusilə dərslərimizi hazırlayarkən, yeni mövzular öyrənərkən, xarici dil biliklərimizi inkişaf etdirərkən mənə ciddi köməklik göstərir”.

39 yaşlı Cavid Timoşenko dedi ki, süni intellekt müasir insanın informasiya ilə münasibət modelini köklü şəkildə dəyişdirdi və bu dəyişikliklərin mərkəzində məhz operativlik amili dayandı. Onun sözlərinə görə, əvvəl hər hansı mövzu üzrə məlumat əldə etmək üçün kitabxanaya getmək, müxtəlif mənbələri axtarmaq, vaxt sərf etmək lazım gəlirdi, bu gün isə süni intellekt vasitəsilə istənilən məlumat bir neçə saniyə ərzində əldə olunur. Paytaxt sakini bildirdi ki, bu sürətlilik xüsusilə təhsil, iş fəaliyyəti və gündəlik qərarvermə proseslərində ciddi rahatlıq yaradıb.

Müsahibimiz qeyd etdi ki, texnologiyanın bu üstünlüyü, eyni zamanda, müəyyən riskləri də özü ilə gətirir. Onun fikrincə, informasiyanın bu qədər asan və sürətli əldə edilməsi insanların araşdırma vərdişlərinə mənfi təsir göstərir, onların daha passiv həyat tərzinə uyğunlaşmalarına səbəb olur: “Artıq sual yaranan kimi kitab axtarmaqdansa, telefon əlimizdə olur və birbaşa oradan cavab ala bilirik”.

Bu tendensiyanın zamanla düşünmə və təhliletmə bacarıqlarını zəiflədə biləcəyini bildirən Cavid Timoşenko, buna baxmayaraq, süni intellektin cəmiyyət üçün yaratdığı ümumi mənzərəni daha çox müsbət qiymətləndirdi. Onun qənaətinə görə, düzgün istifadə edildiyi halda, bu texnologiya insanların bilik əldəetmə imkanlarını genişləndirir və informasiyaya çıxışı daha demokratik və əlçatan edir.

Beləliklə, paytaxt sakinlərinin mövqeləri göstərir ki, süni intellekt artıq cəmiyyətin texnoloji həyat tərzinin əsas komponentinə çevrilib. O, bəziləri üçün bilik mənbəyi, bəziləri üçün ünsiyyət aləti, bəziləri üçün isə iş prosesini sürətləndirən mexanizmdir. Onun cəmiyyətə uzunmüddətli təsirinin hansı istiqamətdə formalaşacağını isə zaman müəyyən edəcək.

T.SADIQOV,
N.ELDARQIZI
Fotolar: C.QAÇAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see290

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see259

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see241

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see240

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see239

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see235

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see232

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see221

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see216

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see215

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see198

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see192

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see192

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see190

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see190

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see184

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see181

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see176

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri