Icma.az
close
up
RU
Tarixin ən hazırcavab saray təlxəyi

Tarixin ən hazırcavab saray təlxəyi

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi. Onların bəziləri musiqi ifa edir, bəziləri janqlyorluq edir, bəziləri isə aktyor səhnəcikləri qurmaqla hökmdarı və əyanlarını əyləndirirdi. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar.

Lent.az tarixin ən hazırcavab, iti ağıla malik təlxəyi, Fransa kral sarayında xidmət etmiş Tribule haqda yazını təqdim edir.

Tribule (1479-1536) Fransa kralları XII Lüdovik və I Fransikin saray təlxəyi olub. Onun haqqında, xüsusən də həyatının ilk illəri ilə bağlı dövrümüzə məlumat çatmayıb. Onun əsil adının Le Ferrial olduğu məlumdur.

Tribule zarafatcıl, müasirlərinin xatirələrinə görə, çirkin olduğu qədər də müdrik və hazırcavab biri idi. Epitafiyada o, istedadlı rəssam, akrobat, mim, rəqqas, “söz adamı”, həm də orta səviyyəli musiqiçi kimi təsvir edilmişdir. Çox güman ki, o, 1515-ci ildə İtaliya yürüşü zamanı Kral I Fransiski müşayiət edib.

İllər keçdikcə Tribule lətifələrin, zarafatların və bir çox nağılların qəhrəmanına çevrildi, hətta Rabye və Viktor Hüqonun əsərlərinə personaj kimi girməyi bacardı və buna görə də saray təlxəyinin reallıq dərəcəsini müəyyən etmək o qədər də asan deyil. Tribule haqda ən maraqlı əhvalat təlxəyin görünməmiş cəsarətindən sonra yaranan qalmaqal idi: o, açıq şəkildə Fransa kral I Fransiskin ənsəsinə bir sillə vurmuşdu.

Adətən təlxəklərə hər şey bağışlanırdı, lakin bu dəfə kralın səbri tükəndi və o, Tribuleni edam etməklə hədələdi. Nəhayət, bir az sakitləşən Fransisk təlxəyə indiyə qədər etdiyindən daha təhqiramiz şəkildə üzr istəyə bilsə, onu bağışlayacağını deyir. Tribule isə buna belə cavab verdi: “Çox üzr istəyirəm, əlahəzrət, sizi tanımadım! Həmin an sizi kraliça kimi qəbul etdim!”.

Bir tərəfdən, monarxın arzusu tam yerinə yetirildi, lakin bundan bir gün əvvəl kral ölüm cəzası altında bütün təbəələrinə kraliçanı təhqir etməyi qadağan edən fərman vermişdi və buna görə də Tribule həmin fərmanla edam oluna bilərdi. Tribule cəlladın yanına gətirildir və Tribuleni edam etmək istəməyən Fransisk I ona nədən öləcəyini seçməyi təklif etdi.

Tribule yenə iti ağlını işə salır və cavab verir ki, qocalıqdan ölmək istəyir. Təlxəyin hazırcavablığına heyran olan kral onu əfv edir. Ancaq belə bir fikir var ki, əfvdən sonra Tribule Fransadan qovulub. İstənilən halda, edamdan xilas olan Tribule 1536-cı ildə 57 yaşında vəfat etdi.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see349

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see239

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see224

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see221

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see218

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see216

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see215

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see206

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see206

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see205

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see202

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see187

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see184

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see183

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see183

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see182

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see178

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see178

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see177

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri