Məlumatları milyardlarla il saxlaya bilən 5D yaddaş texnologiyasını təqdim edildi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Britaniyalı startap "SPhotonix" elan edib ki, onların "5D yaddaş" texnologiyası laboratoriya sınaqlarını keçib və real istifadəyə yaxınlaşır.
Ölkə.az xəbər verir ki, "The Register" ilə müsahibəsində şirkət gələn iki il ərzində data mərkəzlərində şüşə "soyuq" yaddaş pilot sistemlərini işə salmağı planlaşdırdıqlarını bildirib.
"SPhotonix" 2024-cü ildə təsis olunub və Satqempton Universitetinin tədqiqatlarından inkişaf edib. Şirkət əridilmiş kvarts şüşəsindən disklər hazırlayır və məlumat femtosaniyə lazeri ilə yazılır.
Məlumat beş ölçüdə kodlaşdırılır: üç məkan koordinatı və bu strukturların orientasiyası və intensivliyi. Oxuma prosesi optik üsulla, qütbləşmiş işıqdan istifadə edilərək aparılır.
Şirkətin iddiasına görə, təxminən 5 düymlük bir şüşə disk 360 TB məlumat saxlaya bilər. Diskin ömrü isə fövqəladə uzun hesablanıb – 13,8 milyard il, yəni təxminən Kainatın yaşı qədər.
Həmçinin, yaddaş enerji tələb etmir, məlumat "hava boşluğu"nda saxlanılır ki, bu da texnologiyanı arxivlər və ehtiyat nüsxələr üçün xüsusilə maraqlı edir.
Lakin, hazırkı göstəricilərə görə, 5D yaddaş ənənəvi arxiv texnologiyalarından geri qalır. "SPhotonix" prototipləri məlumatı təxminən 4 MB/s sürətlə yazır və 30 MB/s sürətlə oxuyur. 3-4 il ərzində oxuma və yazma sürətinin 500 MB/s-ə çatması planlaşdırılır.
Avadanlığın ilkin qiyməti də yüksəkdir: yazma sistemi üçün təxminən 30 min dollar, oxuma qurğusu üçün isə təxminən 6 min dollar. "SPhotonix" bazar versiyalı oxuyucunu təxminən bir buçuk il ərzində təqdim etməyi planlaşdırır.
Ümumilikdə, startap artıq təxminən 4,5 milyon dollar investisiya cəlb edib və hazırda texnoloji hazırlıq səviyyəsini TRL 5-dən TRL 6-ya yüksəltmək üzərində çalışır, yəni laboratoriya nümayişindən real şəraitdə yoxlama mərhələsinə keçid edir.
Əvvəl bildirildi ki, "Atlas Data Storage" şirkəti dünyada ilk dəfə DNA əsasında məlumat saxlama texnologiyasını təqdim edib. Bu texnologiya uzunmüddətli məlumat saxlamaq üçün istifadə olunacaq.(hit.az)
Baxış sayı:78
Bu xəbər 15 Dekabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















